Accessibility links

Tramp Puerto Rikoda dövlətçiliyi dəstəkləməyəci ilə hədələyib


ABŞ prezidenti tənqidçilərinin Puerto Rikoda dövlət vəzifələrini davam etdirdiyi təqdirdə, adanın dövlətçiliyini dəstəkləməyəci ilə hədələyib.

Donald Tramp Maria qasırğasından sonra Tramp administrasiyasının yardım səylərini tənqid edənlər arasında təkcə San Huan meri Karmen Yulin Kruzun adını çəkib.

Prezident mühafizəkar jurnalist Ceraldo Riveraya deyib ki, Puerto Riko bəzi insanların nə iş gördüyünü müəyyən etməyincə ştat statusu almayacaq.

Adanın qubernatoru Rikardo Rossello Trampın merlə münaqişəsinə görə ştat statusunu dəstəkləməməsi ilə Puerto Riko xalqına hörmətsizlik etdiyini deyib.

ABŞ prezidenti Donald Tramp ötən il Maria qasırğasının Puerto Rikoda 3 minə yaxın insan həyatına son qoyduğuna dair məlimatı rədd edib. Prezident heç bir dəlil göstərmədən demokratların hesabatının onu pis göstərmək mahiyyəti daşıdığını bildirib.

​George Washington Universitetinin ötən ay yaydığı hesabatda deyilir ki, Puerto Rikoda çoxsaylı insan ötən ilin sentyabr ayı qasırğası zamanı həyatını itirib. İlkin göstəricilər 64 təşkil edirdi.

Hesabatda insanların bəzilərinin Karib adasında elektrik xətlərinin kəsilməsi və lazımi müalicə göstərilməməsi üzündən öldüyü qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Makron Fransanın Mübahisəli Pensiya İslahatını davam etdirir
please wait

No media source currently available

0:00 0:10:55 0:00
XS
SM
MD
LG