Accessibility links

Ağ Ev: Tramp və Putin Vaşinqtonda mümkün görüşü martın 20-də müzakirə edib


Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders bildirib ki, prezident Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşün keçirilməsi üçün mümkün yerlərdən biri kimi Ağ Evi təklif edib.

Onun bildirdiyinə görə, mümkün ikitərəfli görüş martin 20-də iki lider arasında telefon söhbəti zamanı müzakirə edilib. O deyib ki, Tramp telefon danışığından sonra Putinlə “o qədər uzaq olmayan gələcəkdə” görüşəcəyinə ümid ediyini bildirib.

Sanders görüşün baş tutması üçün planlarla bağlı bundan artıq məlumat verməyib.

“Biz hazırkı vaxtda buna heç bir şey əlavə edə bilmərik”, Sanders bazar ertəsi günü müxbirlərə bildirib.

Kremlin müşaviri Yuri Uşakov da Trampın Putinlə Ağ Evdə danışıqlar aparmaq fikri irəli sürdüyünü bildirib.

Tramp xüsusi prokurorun onun prezident kampaniyası və Rusiya arasında mümkün əlaqələrlə bağlı təhqiqata görə xüsusi diqqət altındadır. ABŞ-ın kəşfiyyat icması Putinin Trampın hakimiyyətə gəlməsi üçün ABŞ-da 2016-cı il seçki kampaniyasına müdaxilə haqda göstəriş verdiyi barədə nəticə çıxarıb.

Tramp onun kampaniyası və Rusiya arasında əlaqələrin olmadığını bildirir.

Martın 20-də telefon söhbətinsən sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranıb. Birləşmiş Ştatlar Britaniyada keçmiş rus casus Sergey Skripala qarşı kimyəvi maddə il hücuma cavab olaraq Rusiyanın 60 diplomatını ölkədən çıxarıb və Rusiyanın konsulluğunun bağlanması haqda qərar verib. Rusiya hücuma görə məsuliyyət daşımadığını bildirib və ABŞ-ın bu addımına Amerika diplomatlarının ölkədən çıxarılması və Birləşmiş Ştatların konsulluğunun bağlanması ilə cavab verib.

XS
SM
MD
LG