Accessibility links

Tramp Putini Ağ Evə dəvət etdiyinə görə qınaqlarla üzləşir [Video]


Tramp Putini Ağ Evə dəvət etdiyinə görə qınaqlarla üzləşir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Rusiya prezidenti Vladimir Putinə yaxın gələcəkdə Ağ Evdə görüş keçirmək təklif etdiyinə görə qınaqlarla üzləşən prezident Donald Tramp deyir ki, heç kəs Rusiyaya qarşı ondan daha sərt mövqe sərgiləmir. Bəzi ekspertlər deyir ki, Rusiya bu cür yüksək səviyyəli sammitdə iştirak etməklə, Qərbin rusiyalı diplomatları ölkələrindən çıxarmasına səbəb olan Britaniyada rusiyalı casusu və qızının zəhərlənməsindən sonra beynəlxalq səhnədə təcrid olunduğuna dair düşüncəni aradan qaldırmaq istəyir.

Heç kəs Rusiyaya qarşı məndən daha sərt olmayıb. Amma düşünürəm ki, mənim prezident Putin ilə yaxşı münasibətim ola bilərdi. Ancaq olmaya da bilərdi. İnanın mənə, bu məsələ ilə bağlı hər hansı məlumatı ilk siz öyrənəcəksiniz.
Donald Tramp

Çərşənbə axşamı üç Baltikyanı ölkənin liderləri ilə baş tutan görüşdən sonra müxbirlər prezident Trampa Rusiyadan gələn təhlükə və Rusiya prezidenti Vladimir Putinlə münasibətləri barədə sual verib.

“Heç kəs Rusiyaya qarşı məndən daha sərt olmayıb. Amma düşünürəm ki, mənim prezident Putin ilə yaxşı münasibətim ola bilərdi. Ancaq olmaya da bilərdi. İnanın mənə, bu məsələ ilə bağlı hər hansı məlumatı ilk siz öyrənəcəksiniz,” deyə Tramp cavab verib.

Tramp deyib ki, onun rəhbərliyi altında ABŞ diqqəti daha çox neft və qaz ixracına, habelə ABŞ ordusuna daha çox büdcə ayırmağa yönəldib. Bu isə Rusiyanın xoşuna gəlməyəcəyi məsələlərdir. Lakin ekspertlər deyir ki, rusiyalı agentin Britaniyada zəhərlənməsindən sonra gərginliyin artması fonunda Trampın Putini Ağ Evə dəvət etməsi gülünc görsənir.

“İndi Putini dövlət səviyyəsində görüş üçün Ağ Evə dəvət etmək zamanı deyil, özü də rus diplomatlarını ölkədən çıxardığı ərəfədə,” Atlantik Şuradan Mark Simakovski deyib.

Vladimir Putin və Donald Tramp G20 sammitində
Vladimir Putin və Donald Tramp G20 sammitində

“Prezident Putinlə mütəmadi ünsiyyətdə olmaq məsuliyyətli işdir və hətta Soyuq Müharibə dövründə də biz Rusiya ilə əlaqələri davam etdirirdik. Amma Vaşiqnton və ya Moskvada sammit keçirmək, bu an üçün yanlış seçim olar,” deyə Heritage Fondundan Lük Koffi söyləyib.

Sonuncu dəfə Rusiya prezidenti Ağ Evə sammitə 2005-ci ildə sabiq prezident Corc Buş oğul tərəfindən dəvət edilib. Ekspertlər deyir ki, Trampın milli təhlükəsizlik komandasının üzvləri onun bu dəvətinə etiraz edəcək.

Düşünürəm ki, milli təhlükəsizlik müşaviri Bolton və gələcək dövlət katibi Mayk Pompeo bu sammitin zamanlaması ilə bağlı ehtiyatlarını dilə gətirəcək.
Mark Simakovski

“Əgər Tramp bu sammitin baş tutmasını istəyirsə, çox ciddi müqavimətlə üzləşəcək. Düşünürəm ki, milli təhlükəsizlik müşaviri Bolton və gələcək dövlət katibi Mayk Pompeo bu sammitin zamanlaması ilə bağlı ehtiyatlarını dilə gətirəcək,” Simakovski deyib.

Başqa ekspertlər isə deyir ki, ruslar Tramp vəzifəsinin icrasına başlayandan bəri bu dəvəti gözləyir.

“Ruslar Tramp prezident seçiləndən bəri dəvət gözləyir. Onlar Çinlə ABŞ və Yaponiya ilə ABŞ arasında münasibətlərin Trampın həmin ölkələrin liderləri ilə görüşündən sonra yaxşılaşdığını müşahidə edib,” deyə Hadson İnstitutundan Riçard Ueyts bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG