Accessibility links

Tramp-Putin mətbuat konfransının mətni protokollaşdırılmış sənədlərdə yoxdur


Ötən həftə ABŞ və Rusiya prezidentlərinin birgə mətbuat konfransında əsas mübadilələrdən nə Vaşqintonun, nə də Moskvanın protokollaşdırılmış sənədlərində bəhs edilir.

Donald Tramp və Vladimir Putin Helsinkidə həm ABŞ, həm də Rusiya müxbirlrinin suallarını cavablandırıb. Onlardan biri Reuters xəbər agentliyinin jurnalisti Ceff Mason olub. O, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair qalmaqalla bağlı Putinə sual ünvanlayıb. O, Putinin həqiqətənmi Trampın qalib gəlməsini istədiyini və bunun üçün ona yardım etdiyini soruşub.

Putin isə "Bəli, etmişəm. Çünki o, ABŞ-Rusiya münasibətlərinin normallaşdırılmasını istəyirdi"- deyə, cavab verib.

Kreml mətbuat konfransının transkriptindən fikir mübadilələrini çıxarıb. Ağ Ev isə Masonun sualının əsas hissəsini kəsib. Belə ki, müxbir Putindən onun Klintona qalib gəlməsinə yardım edilib-edilməsini sual etmişdi.

Tramp istəmədən Rusiyanın müdaxiləsini etiraf edib. Lakin eyni zamanda bunu "böyük mistifikasiya" adlandırıb. ABŞ prezidenti seçkiqabağı kampaniyasının Rusiya ilə heç bir əlaqəsi olmadığında israr edir. Məsələ xüsusi təhqiqatçı Robaert Müllerin rəhbərlik etdiyi araşdırmaların mövzusudur.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Twitter mesajında Rusiyanın noyabr ayında Konqres seçkilərində respublikaçı namizədlər deyil, “demokratlara kömək etmək üçün çalışacağını” yazıb.

“Mən çox narahatam ki, Rusiya qarşıdan gələn Seçkiyə təsir göstərmək üçün çox gərgin iş aparacaq. Heç bir prezidentin Rusiya ilə mənim qədər sərt olmadığı faktına əsaslanaraq, onlar demokratlara kömək etməyə çalışacaq. Onlar tam yəqinliklə Trampı istəmirlər!”, ABŞ prezidenti Twitter mesajında bildirib.

Trampın Moksvanın noyabr ayının 6-da 435 üzvü olan Nümayəndələr Palatasının bütün üzvlərinin, Senatın isə üçdə birinin seçiləcəyi ara seçkilərdə demokratlara üstünlük verəcəyi haqda iddiası ABŞ kəşfiyyatının Rusiyanın 2016-cı ildə Trampa kömək etmək üçün prezident seçkilərinə müdaxilə etdiyi haqda çıxardığı nəticələrlə ziddiyyət təşkil edir.

Vladimir Putin
Vladimir Putin

Tramp keçən həftə Rusiya prezidenti Vladimir Putinlə Helsinkidə sammitdə Rusiya liderinin Moskvanın 2016-cı il seçkilərinə müdaxiləsini inkar etməsi ilə əvvəl razılaşıb və beləliklə Putinin bəyanatını ABŞ kəşfiyyatının nəticələri ilə bərabərləşdirmişdi. Lakin Vaşinqtona qayıtdıqdan sonra o, kəşfiyyat rəsmiləri və onların nəticələrinə dəstək verərək, seçki kampaniyasının ruslarla əlaqə yaratmadığı və Rusiyanın müdaxiləsinin seçkinin nəticələrinə təsiri olmadığı haqda bəyanatını təkrar etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG