Accessibility links

Ağ Ev Tramp-Putin telefon söhbətini təsdiq edib


Ağ Ev ABŞ prezidentinin Vladimir Putini yenidən prezident seçildiyinə görə təbrik etdiyini təsdiqləyib. Lakin bu gün səhər baş tutan telefon söhbətinin detallarına varılmayıb.

Rusiya rəsmilərinin bildirdiyinə görə, tərəflər qlobal terrorizmlə mübarizə, nüvə silahlarının məhdudlaşdırılması və iqtisadi əməkdaşlıq kimi mühüm məsələlərdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Putin ABŞ-la maraqlarına uyğun şəkildə və lazım olan sahələrdə münasibətlərin normallaşmasına açıqdır.
Kreml sözçüsü

Kreml bildirib ki, Putin-Tramp söhbəti zamanı Ukraynada vəziyyət və Suriya böhranı da gündəmə gətirilib.

Putinin qələbəsindən bi neçə saat öncə Ağ Ev onun zəfərinin gözlənilməz olmadığını və Trampın Putini təbrik etməyəcəyini bildirmişdi.

Prezident Tramp Putinlə telefon danışığına görə nüfuzlu Senator Con Makkeynin sərt tənqidinə məruz qalıb.

“Azad Dünyaya rəhbərlik edən Amerika prezidenti saxta seçkilərdə qalib gəldiklərinə görə diktatorları təbrik etmir,” sabiq Respublikaçı prezidentliyə namizəd Tvitterdə yazıb. “Vladimir Putini təbrik etməklə Prezident Tramp azad və ədalətli seçkilərdə səs vermək hüququndan məhrum edilmiş hər bir Rusiya vətəndaşını təhqir edib.”

Kreml sözçüsü Dmitri Peskov müxbirlərə bildirib ki, onun təmsil etdiyi hökumət Birləşmiş Ştatlarla dialoqa hazırdır.

"Putin ABŞ-la maraqlarına uyğun şəkildə və lazım olan sahələrdə münasibətlərin normallaşmasına açıqdır,” deyə sözçü əlavə edib.

Vladimir Putinin növbəti dönəm prezidentliyə seçilməsi Qərblə münasibətlərin kəskin pisləşməsi fonunda baş verir.
Vladimir Putinin növbəti dönəm prezidentliyə seçilməsi Qərblə münasibətlərin kəskin pisləşməsi fonunda baş verir.

Putinin yeddi rəqibi üzərində əldə etdiyi qələbə nəticəsində o, 2024-cü ilə, yəni 71 yaşınadək prezident olacaq.

Boris Yeltsindən sonra 1999-cu ildən bəri hakimiyyətdə olan Putinin Rusiyanın Krımı ilhaqın dördüncü ildönümü ərəfəsinə təsadüf edən seçkidə qalib gələcəyi onsuz da gözlənilirdi.

XS
SM
MD
LG