Accessibility links

Tramp Putinlə görüşüb


ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşündə ikitərəfli münasibətlər, İran, Suriya və Venesuela məsələlərini müzakirə edib.

Tərəflər iyunun 28-də Osakada saatyarımlıq görüş zamanı silahlara nəzarət razılığı ətrafında da fikir mübadiləsi aparıb.

Müxbirlərin Trampa "Putinə seçkilərə müdaxil etməməsini söyləyəcəksinizmi?" sualının cavabında ABŞ prezidenti üzünü Putinə çevirərək “xahiş edirəm, seçkiyə qarışmayın” deyib. O daha sonra Rusiya liderinə dönərək ətrafdakıların eşitmədiyi şəkildə nəsə söyləyib.

Açıqlamanı Ağ ev yayıb.

Görüşdən çıxan prezidentlərin heç biri sualları cavablandırmayıb. Onlar sammitə qatılan liderlərlə şəkil çəkdirməyə də birlikdə gedib.

Bu, iki liderin ötən ilin iyulunda Helsinki sammitindən bəri ilk üzbəüz görüşü idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG