Accessibility links

Tramp: ABŞ kəşfiyyatının Rusiyanın seçkilərə müdaxiləsi haqda nəticələrini bütünlüklə qəbul edirəm


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Rusiya prezidenti Vladimir Putinlə görüşü haqda açıqlamalar verib.

Amerika prezidenti deyib ki, ABŞ-Rusiya münasibətləri indiki kimi pis səviyyədə olmayıb, lakin münasibətlər yaxşılaşmağa başlayıb və bundan sonra onların gələcəkdə daha da yaxşılaşacağı mümkündür.

Tramp eyni zamanda ABŞ kəşfiyyat icmasına bütünlüklə etibar edib dəstəklədiyini qeyd edib. O, kəşfiyyat icmasının Rusiyanın seçkilərə müdaxilə ilə bağlı nəticələrini qəbul etdiyini bildirib.

“Mən kəşfiyyat icmasının Rusiyanın 2016-cı ildə seçkilərə müdaxilə etdiyinə dair nəticələrini tanıyıram. Başqa adamlar da ola bilər. Orada çox adam ola bilər”, Tramp bildirib.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Helsinkidə zirvə görüşüdən sonra birgə mətbuat konfransında, 16 iyul, 2018.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Helsinkidə zirvə görüşüdən sonra birgə mətbuat konfransında, 16 iyul, 2018.

Prezident bu açıqlamaları Rusiyanın seçkilərə müdaxilə etmədiyini deyən Vladimir Putinlə açıq şəkildə razılaşdıqdan bir gün sonra verib. ABŞ qanunvericiləri Trampın öz kəşfiyyat agentlikləri deyil, xarici ölkə liderinin sözlərini qəbul etməsini kəskin tənqidlərlə qarşılayıb.

Veteran respublikaçı Senator Con Makkeyn Trampın mətbuat konfransındakı çıxışını “rüsvayçılıq” adlandırıb. “Prezident Trampın sadəlövhlüyü, eqoizmi, saxta ekvivalentliyi və avtokratlara olan simpatiyasının vurduğu ziyanı ölçmək çətindir,” Senator Makkeyn bəyan edib.

Demokrat qanunvericilərin də Trampın çıxışına reaksiyası eyni dərəcədə sərt olub.

Demokrat senator Elizabet Uorren ABŞ prezidentini “beynəlxalq səhnədə Amerikanı biabır etməkdə, təsisatlara zərbə endirməkdə, müttəfiqlərlə münasibətləri zəiflətməkdə və diktatora qucaq açmaqda" günahlandırıb.

Birgə mətbuat konfransı haqda danışan Tramp həmçinin bildirib ki, o, Helsinkidə çıxışının mətninə baxdıqdan sonra yanlış söz işlətdiyini görüb.

Mən kəşfiyyat icmasının Rusiyanın 2016-cı ildə seçkilərə müdaxilə etdiyinə dair nəticələrini tanıyıram.

“Mən baş cümlədə “ola bilməzdi” əvəzinə “ola bilərdi” demişəm. Cümlə belə olmalı idi: Mən bunun nə üçün Rusiya ola bilmədiyinə dair heç bir səbəb görmürəm.”

Tramp həmçinin bildirib ki, Vladimir Putinlə qapalı görüş zamanı inkişaf əldə edib. Prezidentin sözlərinə görə, xüsusilə Yaxın Şərqdə vəziyyət müzakirə edilib. O, Suriyada durum və İranın nüvə ambisiyalarının danışıqların diqqət mərkəzində olduğunu deyib.

ABŞ prezidenti Vladimir Putinlə Şimali Koreya problemini müzakirə etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG