Accessibility links

Tramp: Putinlə yay müddətində görüşümüz mümkündür


ABŞ prezidenti Donald Tramp Ağ Evin həyətində müxbirlərin suallarını cavablandırır, Vaşinqton, 15 iyun, 2018.
ABŞ prezidenti Donald Tramp Ağ Evin həyətində müxbirlərin suallarını cavablandırır, Vaşinqton, 15 iyun, 2018.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yay mövsümü müddətində görüşünün mümkün olduğunu deyib. Rəsmi Moskva Rusiya xəbər agentliklərinin verdiyi məlumatlara əsasən belə bir görüşün mümkünlyünü istisna etməyib.

Putinlə yay müddətində görüşmək planı olub-olmadığı sualının cavabında Tramp bunun mümkün olduğunu deyib.

“Bəli, bizim görüşümüz mümkündür”, Tramp müxbirlərə deyib.

RİA xəbər agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadən Moskvanın Putin və Tramp arasında bu yay mövsümü görüşü istisna etmədiyi haqda məlumat verib.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Vyetnamda Dananqda Asiya-Sakit okean ölkələri sammitində görüş zamanı, 11 noyabr, 2017.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Vyetnamda Dananqda Asiya-Sakit okean ölkələri sammitində görüş zamanı, 11 noyabr, 2017.

İnterfaks agentliyi isə Peskova istinadən xəbər verib ki, görüşün vaxtı ilə bağlı hələlik konkret detallar yoxdur.

Müxbirlərlə danışan Tramp Rusiyanın yenidən sənayesi inkişaf etmiş ölkələrin Böyük Yeddilər qrupuna qoşulmasına icazə verilməli olduğunu deyib.

O həmçinin Rusiyanın 2014-cü ildə Krımı işğal etməsinə görə keçmiş prezident Barak Obamanı günahlandırıb. Tramp deyib ki, bu, Obamanın günahıdır, çünki “Putin prezident Obamaya hörmət bəsləmirdi”.

Krımın işğalı Rusiyanın Böyük Yeddilər qrupundan çıxarılmasına səbəb olmuşdu.

XS
SM
MD
LG