Accessibility links

Tramp qasırğanın təsirinə məruz qalan Texas və Luiziananı ziyarət edir


ABŞ prezidenti Donald Tramp şənbə günü Laura qasırğasının viran qoyduğu Luiziana və Texas ştatlarını ziyarət edir. Qasırğa nəticəsində həmin ərazilərdə elektrik və su kəsilib.

4-cü kateqoriyalı qasırğa cümə axşamı həmin ərazidə on dörd nəfərin ölümünə səbəb olub. Onların çoxu elektrik generatorlardan yanlış istifadə nəticəsində dəm qazından boğularaq həyatlarını itiriblər.

Tramp ilk öncə Luiziananın 80 min nəfər əhalisi olan və Lauranın təsirinə məruz qalan Leyk Çarlz şəhərini ziyarət edəcək.

Leyk Çarlzın meri Nik Hanter deyib ki, su təmizləmə zavoduna ziyan dəyib və xəbərdarlıq edib ki, elektrik enerjisinin nə zaman bərpa olunacağı bəlli deyil.

Tramp həmçinin yaxınlıqda yerləşən 18 min sakini olan Oranc şəhərini ziyarət edəcək. Şəhərin iqtisadiyyatı kimya zavodlarından asılıdır. Texasın qubernatoru Qreq Abbot deyib ki, Laura qasırğası istiqamətini dəyişdiyi üçün əraziyə çox ziyan dəyməyib.

Tramp səfərindən öncə Luizianada fövqəladə vəziyyət elan edib. Bununla Lauranın birbaşa təsirinə məruz qalan beş kilsəyə federal yardım ayrılacaq.

Beynəlxalq Elektrik İşçiləri Qardaşlığı cümə günü qasırğanın ziyan vurduğu ərazilərdə elektrik enerjisini bərpa etməyə yardım etdiklərinə görə təxminən 20 min xətt işçisini alqışlayıb. Daha sonra isə prezidentliyə Demokrat namizəd Co Bayden Twitter hesabında “Böhran zamanlarında Amerikanın ən yaxşı tərəfləri üzə çıxır - və Laura qasırğasından sonra da biz bunun şahidi olduq” yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG