Accessibility links

Tramp qlobal marketləri sakitləşdirməyə çalışır


Özünü "Tarif adamı" adlandıran ABŞ prezidenti tvit şərhlərində Amerika və Çinin yeni ticarət razılığı haqda müzakirələr keçiriəcəyini yazıb.

Donald Tramp deyib ki, Çin ABŞ-dan təbii qaz, soya paxlaları alışını bərpa edəcək. O, Çinin bu ticarətə dərhal başlamaq istdiyini iddia edib.

Tramp Argentina sammiti çərçivəsində Çin prezidentinin ABŞ-a gələn ölümcül Fentanil satışını kriminalladırmaq kimi ona verdiyi bütün vədlərinə əməl edəcəyini deyib.

AB dövlət başçısının nikbin şərhləri dünyada səhm qitmətlərinin artdığı vaxta təsdüf edir.

ABŞ-la Çin iki ölkə arasındakı “ticarət müharibəsində”barışıq elan etdikdən sonra bazar ertəsi Asiya səhmləri qalxmağa başlayıb.

Bazar ertəsi Çinin əsas səhm birjalarında indekslər 2.7 faiz, Honq Konqun Hanq Senq birjasında idekslər 2.8 faiz və Yaponiyanın Nikkei 225 indeksi 1.4 faiz qalxıb.

Ticarət razılaşması ABŞ prezidenti Donald Trampla Çin prezidenti Şi Tsinpinqin Böyük 20-lər ölkələrinin Argentina sammiti çərçivəsində keçirdikləri görüşdə əldə olunub.

Argentina sammitindən vətəninə dönərkən müxbirlələ görüşən Tramp deyib ki, razılıq indiyədək əldə edilən ən böyük razılıqdır.

Prezident bunun kənd təssüfatı, sənaye istehsalı və kompütürlər kimi hər bir məhsula şamil edildiyini deyib.

Liderlər sammitdən sonra yemək süfrəsində görüşüblər və nu günün ən gözlənən hadisələrindən biri idi.

Tramp 200 milyard dollarlıq Çin məhsullarına 25 faiz deyil, əvvəlki kimi 10 faizlik tarifin saxlanacağını qeyd edib. O, daha öncə yanvar ayının 1-də 25 faizlik tarfilərin qüvvəyə minəcəyini deyirdi.

XS
SM
MD
LG