Accessibility links

Tramp qoşunları Suriyadan çıxarmaq qərarından geri çəkildiyini inkar edir


ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, onun Suriyada az sayda ABŞ qoşunları saxlamaq qərarı onun bütün qoşunları ölkədən çıxarmaq planından geri çəkildiyini əks etdirmir.

“Mən kursu dəyişmirəm”, Tramp Ağ Evdə müxbirlərə bildirib.

“Onlar ABŞ qüvvələrinin çox kiçik hissəsidir”, deyə o, Suriyada İslam Dövləti qrupunun son üzvlərinə qarşı döyüşən kürd qüvvələrini dəstəkləyən 2 min amerikalı qoşuna istinadən bildirib.

Administrasiya rəsmiləri deyib ki, Birləşmiş Ştatlar Suriyada sadəcə bir neçə yüz qoşun bıraxacaq, qalanları isə ölkədən çıxarılacaq.

Senator Lindsey Qraham
Senator Lindsey Qraham

ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi Amerikanın Səsinə bildirib ki, qoşunlar Suriyada “yerli qüvvələrə İŞİD-in yenidən ortaya çıxmasının qarşısını almaq” üçün qalacaq. Rəsmi deyib ki, bir neçə yüz qoşunun beynəlxalq sülh qüvvələrinin hissəsi olacağı gözlənilir.

Tramp cümə günü deyib ki, “Biz xilafəti məğlub etmək yolunda böyük uğurlar əldə etmişik”. O əlavə edib ki, Birləşmiş Ştatlar digərlərinin yanında kiçik qüvvə buraxa bilər…bu NATO qoşunları və ya başqaları ola bilər ki, xilafət yenidən canlanmasın”.

Tramp dekabr ayında İŞİD-in Suriyada məğlub olacağını gözlədiyi üçün, bütün ABŞ qüvvələrinin aprel ayınının sonunadək Suriyadan çıxacağını elan edib. Bunu etməklə o, Amerikanın bir çox avropalı müttəfiqini çətin vəziyyətə salıb və hətta Vaşinqtondakı bəzi müttəfiqlərini də qəzəbləndirib.

Trampın Konqresdəki yaxın müttəfiqlərindən respublikaçı senator Lindsi Qraham bunu duyduğu ən “axmaq” ideya adlandırıb.

Qrahamın sözlərinə görə, müvəqqəti olaraq müdaifə naziri vəzifəsini icra edən Patrik Şanahan ABŞ-ın Suriyadan tam çıxması İslam Dövlətinin yenidən canlanmasına və Türkiyənin kürd qüvvələrinə hücumuna gətirib çıxara və bu, İranın Suriyada üstünlük əldə etməsi ilə nəticələnə bilər.

Avropa liderləri arasında həvəssizlik

Avropa liderləri ABŞ qüvvələri Suriyadan çıxarılandan sonra onlar təhlükəsizlik boşluğunu doldurmağa həvəssiz olacaqlarını söyləyir.

Lakin Şanahan deyib ki, ABŞ müttəfiqləri Suriyada müşahidəçi qüvvə olaraq qalmaq fikrini rədd etməyib.

ABŞ koşunlarının bir qismindən ibarət karvan Mənbicdə
ABŞ koşunlarının bir qismindən ibarət karvan Mənbicdə

O cümə axşamı Pentaqonda Avropa müttəfiqlərindən birinin nümayəndəsi, Belçikanın müdafiə naziri Didier Reynderslə görüşüb. Reynders deyib ki, ABŞ-ın bütün müttəfiqləri Suriya qüvvəsində iştirak etməkdən tamamilə imtina etməyib.

Şanahan cümə günü müxbirlərə deyib ki, “bizim missiyamız İŞİD-i məğlub etmək baxımından dəyişməyib. Biz stabilizasiya və yerli təhlükəsizlik qüvvələrinin təhlükəsizlik imkanlarını artırmaq yolunda işlər aparırıq”.

Ərdoğanla telefon söhbəti

Tramp cümə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda danışıb. Ağ Ev bildirib ki, onlar Suriya daxilində kürd qüvvələrini Türkiyənin mümkün hücumundan qoruyacaq “potensial təhlükəsizlik zonasının” yaradılması üzərində işləməyə dair razılıq əldə edib.

Amerikanın Suriyadakı kürd müttəfiqləri narahatdır ki, ABŞ qüvvələrinin ölkədən çıxması ilə onların Türkiyənin qəzəbi ilə üzləşə bilər.

Türkiyə bildirir ki, Suriya qoşunları Türkiyə daxilində kürdlərin muxtariyyəti üçün mübarizə aparan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə müttəfiqdir. Türkiyə PKK-ni terror qrupu hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG