Accessibility links

Tramp Qvatemala, Honduras, El Salvadora yardımın kəsilməsinə çağırır


Miqrant karvanı. 18 yanvar 2019.
Miqrant karvanı. 18 yanvar 2019.

Dövlət Departamenti şənbə günü Tramp administrasiyasının Qvatemala, Honduras, El Salvadora yardımı kəsmək istədiyini təsdiq edib.

"Biz prezidentin göstərişini yerinə yetiririk və Şimal Üçbucağa 2017 və 2018 büdcə ilinə aid xarici yardım proqramını başa çatdırırıq" – deyə, Dövlət Departamentinin sözçüsü bəyanatda bildirib. "Biz bu prosesə Konqresi clb edəcəyik".

Şimal Üçbucağı Mərkəzi Amerikanın El Salvador, Qvatemala və Honduras ölkələridir. The Washington Postqəzetinin bildirdiyinə görə, bu üç ölkə 2018-ci il büdcə ili üçün 500 milyon dollar və 2017-ci ildən geri qalan bir neçə milyon yardım almalı idi.

Qvatemala, Honduras və El Salvador
Qvatemala, Honduras və El Salvador

Bu addım ABŞ prezidenti Donald Tramp bu ölkələrin Birləşmiş Ştatlara yola düşən karvanları özlərinin “təşkil etdiyini”deyib.

"Biz onlara 500 milyon dollar verirdik. Biz onlara böyük məbləğdə pul ödəyirdik, amma indi artıq ödəmirik, çünki onlar bizim üçün heç nə etməyib.” Tramp cümə günü bildiirb. Tramp həmçinin xəbərdarlıq edib ki, o, Meksika miqrantıarı sərhəddən geri gödnərmək üçün daha çox səy göstərmədiyi təsdiqrdə ölkənin cənub sərhədini bağlayacaq.

Üç ölkəyə yardımı kəsmək üçün Konqresin təsdiqi lazımdır.

Senator Bob Menendez
Senator Bob Menendez

Senatın Xarici Əlaqələr Komitəsinin yüksək vəzifəli demokratı, nyu yorklu senatoru Bob Menendez Trampın bu göstərişini “düşüncəsiz” adlandırıb və demokratlarla respublikaçıları bu addımı rədd etməyə çağırıb.

Xarici yardım və sabitlik

ABŞ Mərkəzi Amerika ölkələrini sabitləşdirmək və Birləşmiş Ştatlara miqrasiya etmək istəyən immiqrant axınını azaltmaq üçün xarici yardım proqramlarını mühüm olaraq görürdü. Tramp administrasiyası altında bu ölkələrə yardım azalmağa başladı.

ABŞ 2016-cı ildə Qvatemalaya 131, Hondurasa 98, El Salvadora 68 milyon dollar yardım edib. Növbəti il yardımın məbləği Qvatemala üçün 69, Honduras üçün 66, El Salvador üçün 46 milyon dollaradək azaldı.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG