Accessibility links

Tramp Raşmor dağında izdiham önündə maskasız çıxış edib


ABŞ prezidenti Donald Tramp cümə gecə 4 iyul şənliyinin bir hissəsi olaraq Cənubi Dakota ştatında yerləşən Raşmor dağında çıxış edərək, orada toplaşan izdihama deyib ki, "onların uşaqlarına məktəbdə öz ölkələrinə nifrət etmələri öyrədilir.” O, Amerikadakı həyat tərzinin qorunub-saxlanması üçün solun radikal hücumunun qarşısının alınmasının zəruri olduğunu qeyd edib.

Tramp həmçinin izdihama xəbərdarlıq edib ki, ölkə boyu Corc Floydun mayın sonunda Minneapolisdə polis nəzarətində ikən öldürülməsindən sonra irqi bərabərsizliyə qarşı keçirilən nümayişlər Amerika hökümətinin təməlinə təhlükə yaradır.

Prezident “indiyə qədər yaşamış ən qüdrətli amerikalıların” heykəllərinin yerləşəcəyi Amerika Qəhrəmanlarının Milli Bağı” təsis olunmasına göstəriş verdiyini elan edib.

Tramp çıxışı zamanı maska taxmayıb, baxmayaraq ki, ölkə boyu koronavirusa yoluxma halları artmaqda davam edir. Prezidentin çıxışını dinləməyə gələn izdiham arasında da çoxları maska taxmayıb. Onlar aralarında sosial məsafəni də qorumayıblar.

İctimai səhiyyə rəsmiləri Cənubi Dakotada keçirilən bu tədbir nəticəsində virusun sürətli şəkildə yayılmasına gətirib çıxaracağından narahatdır.

Prezident çıxışında həmçinin dağın üzərində təsvir olunan Corc Vaşinqton, Tomas Cefferson, Abraham Linkoln və Teodor Ruzvelt haqda danışıb.

O, hər bir prezidentlə bağlı standard vətənpərvər heyakələr danışıb, onların həyatları barədə detallı məlumat verməyib.

Tramp həmçinin dağın yerli amerikalılar üçün müqəddəs olduğunu və onların dağda barelyef düzəldildiyi üçün həmin ərazini ləkələnmiş hesab etdiklərini bildirməyib.

Tramp ölkədə artan sosial ədalət hərəkatının “əslində həm ədalət həm cəmiyyəti məhv edəcəyini” deyib.

Tramp həm də Meksika ilə sərhəddə divarın inşa edildiyini bildirib.

Trampın çıxışından sonra Raşmor dağında son on ildə ilk dəfə olaraq atəşfəşanlıq olub.

Bəzi siyasətçilər və ətraf mühit fəalları ərazidəki quru şərait səbəbilə atəşfəşanlığın əleyhinə çıxış edib. Konqres üzvü Deb Haaland atəşfəşanlığın “kövrək ərazi” və yanğın baş verdiyi təqdirdə yanğınsöndürənlər üçün təhlükə yaratdığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG