Accessibility links

Tramp Corciya ştatında Respublikaçı senatorlarla birlikdə seçki kampaniyası aparır


ABŞ Prezidenti Donald Tramp şənbə günü yanvar ayında keçiriləcək seçkinin ikinci raundunda Demokrat rəqiblərə qarşı yarışacaq iki Respublikaçı senatorla birlikdə seçki kampaniyası aparmaq məqsədilə Corciya ştatına səfər edib. Bu seçki nəticəsində Co Baydenin prezidentliyi başladığı zaman Senata hansı partiyanın nəzarət edəcəyi müəyyən olunacaq.

Sabiq vitse-prezident Co Bayden Corciyada 12 min səs fərqi ilə səsvermənin qeyri-rəsmi qalib elan olunub. Lakin Trampın kampaniyası cümə günü Corciyada noyabrın 3-də keçirilən prezident seçkisinin nəticələrini ləğv etmək üçün məhkəməyə müraciət etdiyini bildirib.

Respublikaçı Trampın Corciyaya səfəri onun seçkidən sonra da Demokrat Baydenin bu və bir neçə digər mühüm ştatda qələbəsinin ləğv etmək kampaniyasını davam etdirdiyi vaxta təsadüf edir.

Respublikaçı partiyasının ABŞ Senatında üstünlüyünü qoruması üçün daha bir yerə ehtiyacı var. Respublikaçı senator Deyvid Perdu yanvarın 5-də Corciyada keçiriləcək seçkinin ikinci raundunda Con Ossoffa qalib gəlməlidir, Respublikaçı senator Kelli Loeffler isə Rafael Vornoku məğlub etməlidir. Əgər Respublikaçılar məğlub olsalar, Senatda Respublikaçılarla Demokratların sayı 50-50 hesabla bərabərləşəcək, demokrat vitse-prezident Kamala Harris isə bərabərliyi pozan səsə sahib olacaq.

Tramp dəfələrlə heç bir sübut irəli sürmədən noyabr seçkilərində genişmiqyaslı saxtakarlıqların olduğunu deyib. Lakin federal və ştat rəsmiləri onun bu iddialarını dəfələrlə rədd ediblər. Trampın kampaniyası və onun tərəfdarları bir sıra ştatda bənzər iddialar qaldırıblar və bu iddiaların çoxu rədd edilib. Kampaniya cümə günü Corciyada məhkəməyə müraciət etdiyi zaman, Miçiqan və Nevada da məhkəmələri uduzub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG