Accessibility links

Tramp respublikaçıları səhiyyə islahatlarını keçirməyə çağırıb


ABŞ prezidenti Donald Tramp respublikaçı konqresmenlərə bildirib ki, onların lazım olan işi görmələri və uzun müddət verdikləri kampaniya vədlərini yerinə yetirməsi üçün “son şansları var”.

Bazar ertəsi yazdığı Tvitter mesajında Tramp respublikaçıların nəzarətində olan Senatı təkidlə keçmiş prezident Barak Obamanın qəbul etdiyi Obamacare adı ilə tanınan səhiyyə qanununu ləğv edib onu yeniləməyə çağırıb. Tramp bu gün səhiyyə xidməti və qanunun ləğv edilməsi haqda nitq söyləyəcək.

Senat bu həftə yeddi il bundan əvvəl qəbul edilmiş qanunun ləğv edilib-edilməməsi ilə bağlı mühüm səsvermələr keçirməlidir. Rəy sorğuları amerikalıların əksəriyyətinin mövcud qanuna respublikaçıların alternativ təkliflərindən daha çox dəstək verdiyini göstərir.

Demokratlar Obamacare qanununun ləğvi səylərinə birgə müxalif müqavimət göstərir. Buna görə də respublikaçıların nəzarətində olan Senatdakı liderlərin qanunun dəyişdirilməsi ilə bağlı rəsmən debatlara başlamaq üçün kifayət qədər səsə malik olub-olmayacağı aydın deyil.

Senatda əksəriyyətdə olan respublikaçıların lideri Mitç Makkonnell
Senatda əksəriyyətdə olan respublikaçıların lideri Mitç Makkonnell

Bəzi respublikaçı senatorlar seçkiqabağı vədlərə baxmayaraq, Obamacare qanununun ləğvi məsələsinin müzakirəyə çıxarılmasına qarşı çıxış edib. Onların bəzisinin fikrincə, təklif edilmiş dəyişikliklər ya kifayət deyil, ya da həddindən artıq dəyişiklər etməklə xüsusilə də az imkanlı milyonlarla amerikalı səhiyyə sığortasından məhrum edilə bilər.

Keçən ay Senat səhiyyə xidmətlərinə dair iki qanun versiyasını nəzərdən keçirib. Bunlardan biri Obamacare adlı qanunun ləğvi və onun yenisi ilə əvəz edilməsi, ikincisi isə qanunun ləğv edilib, qanunvericilərə yeni layihənin hazırlanması üçün iki il müddətində vaxt verilməsini nəzərdə tutur.

Hər iki qanun layihəsi demokratların qəti müqaviməti ilə qarşılaşır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG