Accessibility links

Donald Trampın reytinqi qalxıb


ABŞ prezidenti Donald Trampın reytinqi onun qasırğalardan sonrakı bərpa işlərinə vəsait ayırması və demokratlarla hökumətin bağlanmaması sahəsində gördüyü işlərə görə yüksəlib.

NBC/Wall Street Journal-ın keçirdiyi rəy sorğuları prezidentə olan dəstəyin 43 faiz təşkil etdiyini göstərir. Bu göstərici avqust ayından bəri 3 xal artıb. Lakin ABŞ dövlət başçısının əleyhinə olanlar 52 faiz təşkil edir. Bu göstərici isə ötən ayla müqayisədə 2.5 faiz azalıb.

Trampın reytinqinin artmasına respublikaçıların istəyinin əleyhinə çıxaraq, demokratlarla qasırğa qurbanlarına vəsait ayırması və hökumət xərclərinin senyrabrın 30-da bitməsindən sonra məsrəf müddətini 90 gün uzatması səbəb olub.

Reytinqin qalxmasının ən əsas səbəbi prezidentin demokratlarla iş birliyi olub.

XS
SM
MD
LG