Accessibility links

Tramp Ruhaniyə: Bir də heç vaxt ABŞ-ı hədələmə!


ABŞ prezidenti Donald Tramp bazar günü axşam Tvitter hesabında “bir də heç vaxt Birləşmiş Ştatları təhdid etmə” yazaraq İran prezidenti Həsən Ruhaniyə xəbərdarlıq edib.

“İran prezidenti Həsən Ruhani: BİR DƏ HEÇ VAXT BİRLƏŞMİŞ ŞTATLARI HƏDƏLƏMƏ. YOXSA, TARİXDƏ ÇOX AZININ ÜZLƏŞDİYİ ƏN AĞIR FƏSADLARLA ÜZLƏŞƏCƏKSƏN. BİZ ARTIQ SƏNİN AĞILSIZ, ZORAKI İFADƏLƏRİNƏ VƏ ÖLÜM HƏDƏLƏRİNƏ DÖZƏCƏK ÖLKƏ DEYİLİK. EHTİYATLI OL!”- ABŞ lideri Tvitterdə yazıb.

Tramp bu tivtlə həmin günün səhəri Həsən Ruhaninin “Cənab Tramp, aslanın quyruğu ilə oynamayın, buna yalnız təəssüf edəcəksiniz”- şərhinə cavab verib.

“Amerika bilməlidir...İranla sülh bütün sülhlərin anasıdır və İranla müharibə bütün müharibələrin anasıdır”- deyə, Ruhani əlavə edib.

Trampın tviti ABŞ dövlət katibi Mayk Pompeonun Kaliforniyada Ronald Reagan Prezident Kitabxanasında İran liderlərini tənqid edən çıxışından bir qədər sonra yazıb.

Pompeo deyib ki, İran höküməti İran xalqı üçün kabusa çevrilib.

Bu çağırış əsasən də bizim Yaxın Şərq və Avropadakı müttəfiqlərimizə, onillərdir bu zorakı rejimin fəaliyyətindən əziyyət çəkən insanlara aiddir.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar İran hökümətinə ən yüksək səviyyədə təzyiq göstərməkdən çəkinmir və o, ABŞ müttəfiqlərini İran hökümətinə maliyyə baxımından təzyiq göstərməyə çağırıb.

“Bu çağırış əsasən də bizim Yaxın Şərq və Avropadakı müttəfiqlərimizə, on illərdir bu zorakı rejimin fəaliyyətindən əziyyət çəkən insanlara aiddir” - deyə, Pompeo bildirib.

O, Tramp administrasiyasının İran hökümətinin “çoxsaylı cinayətləri və qanun pozuntularına” qarşı səssiz qalmayacağını söyləyib.

Pompeo deyib ki, İran iqtisadiyyatının vəziyyəti təkcə ölkənin elitası üçün “yaxşıdır”. O, ayətullahları və yüksək vəzifəli şəxsləri milyardlarla dollar dəyərində puları mənimsəməkdə günahlandırıb, eyni zamanda isə iranlıların üçdə birinin yoxsulluq içində yaşadığını deyib.

Mayk Pompeo
Mayk Pompeo

“Onların sərvətini nəzərə aldıqda, demək olar ki, onlar dindən çox zəngilliklə maraqlanır. Bu ikiüzlü ruhani insanlar Yer kürəsindəki ən zəngin insanlardan olmaq üçün hər cür fırıldağa əl atıblar, onların xalqı isə əziyyət çəkir” , Pompeo söyləyib.

Dövlət katibi həmçinin elan edib ki, Amerikanın Səsinə nəzarət edən ABŞ-ın Beynəlxalq Yayım Şurası iranlılara senzuranı adlamağa yardım etmək üçün yeni tədbirlər görür. Yayım Şurası həmçinin televiziya, radio, rəqəmsal və sosial media formatında fasiləsiz kanal açır.

O deyib ki, Birləşmiş Ştatların məqsədi İrandakı insanların Birləşmiş Ştatlardakı iranlılar kimi həyat sürmələrini təmin etməkdir.

XS
SM
MD
LG