Accessibility links

Tramp: Rusiya G7-yə qayıtmalıdır!


President Donald Trump speaks to reporters before leaving the White House in Washington, June 8, 2018, to attend the G7 Summit in Charlevoix, Quebec, Canada.
President Donald Trump speaks to reporters before leaving the White House in Washington, June 8, 2018, to attend the G7 Summit in Charlevoix, Quebec, Canada.

ABŞ prezidenti deyib ki, Böyük Yeddilik (G7) ölkələri Rusiyanın qrupa qayıtmasına imkan verməlidirlər.

Rusiya danışıqlar masasında olmalıdır

Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunun ilhaqından sonra G8-dən çıxarılıb və qrup G7 formatında qalıb.

Tramp G7-nin dünyanın aparıcı sənaye ölkələrinin Kanadada üçgünlük sammiti öncəsi danışıb.

“Biz niyə Rusiyasız görüşürük? Onlar Rusiyaya qayıtmağa icazə verməlidirlər, çünki Rusiya danışıqlar masasında olmalıdır”, Tramp deyib.

Prezident ədalətsiz ticarət adlandırdığı problemin ABŞ müttəfiqləri ilə həll edəcəyinə ümid bəslədiyini bildirib.

"G7 ölkələri ilə ədalətsiz ticarət sazişlərinə aydınlıq gətiriləcəyini səbirlsizliklə gözləyirəm. Bu, baş verməsə belə, biz yenə də vəziyyətdən daha yaxşı çıxacağıq" - deyə, Tramp Twitter hesabında yazıb.

​Kreml sözçüsü Dmitri Peskov deyib ki, Rusiya “diqqətini G7-dən fərqli qruplara cəmləşdirir”.

Sözçü bu həftənin əvvəlində demişdi ki, G7 artıq bir neçə ildir Moskva üçün maraqlı deyil.

Kanada dərhal bildirib ki, Rusiyanın G7-yə yenidən qəbuluna qarşıdır və bu mövqeyi “dəyişməyib”. İtaliya hökumətinin sözçüsü isə Trampın fikri ilə razı olduğunu bildirib.

Almaniya kansleri Angela Merkel Amerikanın ticarət mövqeyinə görə G7 görüşünün qızğın keçəcəyini proqnozlaşdırıb.

Kanadaya səfər etməzdən əvvəl Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı liderlərini ABŞ tariflərinə proporsional cavablar verməyə çağırıb.

G7-yə Kanada, Birləşmiş Ştatlar, Fransa, Almaniya, İtaliya, Yaponiya və Britaniya daxildir.

Qvebek sammiti cümə və şənbə günü keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG