Accessibility links

Tramp Rusiya ilə bağlı təhqiqata cəlb edilənləri tənqid edib


ABŞ prezidenti Rusiya ilə bağlı təhqiqata cəlb edilən rəsmiləri "xəyanətkar" davranışda ittiham edib.

Donald Tramp Federal Təhqiqat Bürosunun sabiq direktor müavini, yeni kitabında prezidentin xaricdən potesial təsirinə məruz qalmasına dair narahatlığını bildirən Andrü Makkeyb və Robert Müllerin təhdiqatının təşəbbüskarı, baş prokurorun hazırkı müavini Rod Rozenstaynı tənqid atəşinə tutub.

Trampın sözlərinə görə, Makkeyb və Rozenstayn qanunsuz bir şey planlaşdırıb və özləri buna ilişib.

CBS tele-kanalına müsahibəsi zamanı ötən il FBİ-dan kənarlaşdırılan Makkeyb deyib ki, Rozenstayn 25-ci düzəlişə əl atılmasını təklif edib. Bu isə prezidentin vəzifəsindən kənarlaşdırılması deməkdir.

ABŞ dövlət başçısı tvit edərək yazıb ki, bu, qanunsuzluq və iqtidarda olan hökumətə qarşı sığortalama siyasətidir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG