Accessibility links

Nümayəndələr Palatasının komitəsi Rusiya ilə bağlı işdə Trampa bəraət qazandırıb


Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatasının kəşfiyyat komitəsi cümə günü rəsmi olaraq Rusiya istintaqını başa çatdırdığını elan edib. Onlar son hesabatda Trampın kampaniyasının 2016-cı il prezident seçkisi zamanı Rusiya ilə hər hansı əlaqəsinin olmadığına dair nəticəyə gəlib.

Komitədəki demokratlar hesabatın nəticələrinə kəskin şəkildə etiraz edir. Onlar deyir ki, komitə bu nəticəyə gəlmək üçün nə kifayət qədər şahidi sorğu-sual edib nə də dəlil toplayıb.

Respublikaçılar artıq ötən ay əsas tapıntılarını açıqlamışdı. Xüsusi prokuror Rober Müllerin, eləcə də Senatın kəşfiyyat və ədliyyə kömitələrinin apardığı istintaqlar isə hələ də davam etdirilir.

Nümayəndələr Palatası paneli Rusiyanın kiber hücumlar və social media vasitəsilə ABŞ-da ixtilaf yaratmaq istədiyinə dair nəticəyə gəlib. İctimai hesabatın bəzi hissələri milli təhlükəsizlik səbəbilə redaktə edilib. Respublikaçılar deyir ki, onlar daha çox məlumatı paylaşmaq üçün kəşfiyyat idarələrinə təzyiq göstərəcək.

Tramp dəfələrlə seçki kampaniyası ilə Rusiya arasında heç bir əlaqənin olmadığını deyib.

İstintaqa başçılıq edən texaslı respublikaçı nümayəndə Mayk Konevey bəyanatında bildirib ki, o kəfiyyat agentliklərinin etdiyi “radaktələrə” görə çox məyusdur. O deyib ki, hesabatdan çıxarılan məlumatların çoxu ictimai məlumatlardır. Onlara şahidlərin adları və artıq gizli olmayan məlumatlar daxildir.

Konevey komitənin hesabatda “mümkün qədər şəffaf” olmağa söz verdiyini qeyd edib.

“Mən bu gün açıqladığımız məlumatın həmin standarta uyğun olduğuna inanmıram, ona görə də komandam ilə mən gələcək aylarda hesabatın daha çox hissəsini bölüşmək ümidi ilə kəşfiyyat icmasının lazımsız redaktələrinə etiraz etməyə davam edəcəyik," o deyib.

XS
SM
MD
LG