Prezident Donald Tramp Rusiya prezidentinin dəvəti ilə Moskvaya səfər etməyə hazır olduğunu deyib.
Vaşinqtondakı narazılıqlara baxmayaraq, Tramp ötən həftə əvvəl Helsinkidə Putinlə görüşüb.
Putin deyib ki, mən Trampın dediklərini yaxşı başa düşürəm.
“O, əlavə görüşlər istəyir”- deyə, Rusiya prezidenti sözünə davam edib.
Putin deyib ki, o, Vaşinqtona səfər etməyə hazırdır, lakin bu görüş üçün münasib şəraitin olması vacibdir.
Putin bunu da bildirib ki, Rusiya və ABŞ G20 qrupu çərçivəsində də əlaqələrini davam etdirmək niyyətindədir.
“Beləliklə Birləşmiş Ştatlarda daxili siyasətin yaratdığı çətinliklərə baxmayaraq bizim əlaqələrimiz davam edir”- Rusiya dövlət başçısı bildirib.
O deyib ki, Trampla İranla nüvə sazişi və başqa qlobal münaqişələri müzakirə etməlidir.
Putin vurğulayıb ki, Trampla danışıqlar çox mühümdür, çünki bu danışıqların “bütün Avropa da daxil olmaqla, dünyadakı bir çox ölkələrə aidiyyəti var”.
Rusiya prezidenti Trampın öz seçki kampaniyası zamanı verdiyi bütün vədləri yerinə yetirmək əzmini təqdir edib.
Putin bildirib ki, BRICS sammitinin gəldiyi ən önəmli nəticələrdən biri də budur ki, təşkilat Rusiya üzərinə ABŞ tərəfindən qoyulmuş iqtisadi sanksiyaların “yolverilməzliyini” qəbul edib.
Ağ Ev Rusiyadan dəvət aldıqdan iki gün sonra görüşün baş tutacağını bəyan edib.
Ağ Evin sözçüsü Sara Sanders deyib ki, prezident Tramp Putinlə Vaşinqton görüşünü də səbirsizliklə gözləyir.
Tramp son dəfə Rusiyada Gözəllik müsabiqəsində iştirak etmək üçün 2013-cü ildə olmuşdu.