Accessibility links

Tramp administrasiyasının Rusiya siyasəti [Video]


Tramp administrasiyasının Rusiya siyasəti
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Tramp administrasiyası ABŞ prezidentinin Rusiya prezidenti Vladimir Putinin Moskvanın 2016-ci il ABŞ prezident seçkilərinə müdaxilə etmədiyini qəbul etmək qərarını müdafiə edir. Bazar günü Trampın köməkçiləri prezident Donald Trampın Rusiyanın ABŞ siyasətinə müdaxiləsi məsələsində ABŞ kəşfiyyatının tapıntılarına etibar etdiyini dediyini vurğulayıb.

Tramp və Putin bu həftə Vyetnamda keçirilən Asiya-Sakit Okean regionu sammitində qeyri-rəsmi görüş keçirib. Şənbə günü Tramp mətbuat konfransında ABŞ kəşfiyyat agentliklərinin Rusiyanın ABŞ seçksinin nəticələrinə təsir göstərməyə çalışdığına dair tapıntılarına inandığını deyib. Lakin o həmçinin deyib ki, artıq daha vacib məsələləri müzakirə etmək lazımdır.

Mən düşünürəm ki, Rusiya ilə davamlı olaraq mübarizə aparmaqdansa, onlar ilə dost münasibətində olmaq bütün dünya üçün məsuliyyət yükü deyil, nemətdir
Donald Tramp

“Mən düşünürəm ki, Rusiya ilə davamlı olaraq mübarizə aparmaqdansa, onlar ilə dost münasibətində olmaq bütün dünya üçün məsuliyyət yükü deyil, nemətdir”, Tramp söyləyib.

Tramp deyib ki, sələfi Barak Obama və onun dövlət katibi Hillari Klinton ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmaq üçün “yenidən başlamaq” siyasəti yürütmək istəyib, lakin bunu etməkdə müvəffəq olmayıb. Bazar günü administrasiya rəsmiləri Trampın qlobal məsələlərdə Rusiya ilə əməkdaşlıq etmək istədiyini vurğulayıb.

“Artıq bu məsələni geridə qoymaq zamanıdır. Məncə prezident diqqəti Şimali Koreya və Suriya kimi çox vacib məsələlərə yönəldib. Biz bu məsələlərdə Rusiya ilə yola getməliyik və onlarla ortaq məqsədlərimiz olmalıdır”, ABŞ maliyyə naziri Stiv Mnuçin bildirib.

Onlar deyib ki, prezidentin Asiya səfərinin məqsədi diqqəti qlobal təhlükəsizliyə və terrora qarşı mübarizəyə yönəltməkdir.

“Bu insan 9 və ya 10 aydır vəzifədədir. Bizə öncəki hakimiyyətdən böyük problemlər qalıb. Bunlara nüvə silahına sahib Şimaki Koreya, İran razılığı və dünyanın bir çox yerindəki qaynar nöqtələr daxildir. Tramp isə həm masasının başında ikən, həm də bu cür səfərlər zamanı hər kəs üçün ən yaxşısını etməyə çalışır”, deyə prezident Donald Trampın müşaviri Kellian Konvey bildirib.

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin
ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin

Lakin Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş direktoru Con Brennan və Milli Kəşfiyyat idarəsinin keçmiş direktoru Ceyms Klapper bazar günü CNN televiziyasında bildirib ki, prezident Tramp Rusiya və Çin liderləri tərəfindən manipulyasiya olunur. Onlar həmçinin deyib ki, Rusiyanın dünyanın maraqları naminə hərəkət edəcəyini gözləmək Birləşmiş Ştatların təhlükəsizliyinə hədədir.

Bu, ABŞ Senatının nüfuzlu Respublikaçı senatoru Con MakKeynin fikirləri ilə üst-üstə düşür. O, şənbə günü bəyanat verərək, Suriya məsələsində Putinlə əməkdaşlıq etmək istədiyinə görə Trampı qınayıb. MakKeyn deyib ki, Suriyada siyasi həll tapmağa ən böyük əngəl Moskvadır, çünki onlar ölkənin “qatil” rejimini dəstəkləyir.

XS
SM
MD
LG