Accessibility links

Tramp: Rusiya Amerikada xaos, qarşıdurma və narahatlıq yaradılmasını qarşısına məqsəd qoymuşdu


ABŞ prezidenti Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə Amerikanın siyasi landşaftına dağıdıcı təsir bağışladığını deyib.

"Rusiya Amerikada xaos, qarşıdurma və narahatlıq yaradılmasını qarşısına məqsəd qoymuşdu" - deyə, Tramp Twitter şərhində bildirib.

ABŞ dövlət başçısı yazıb ki, komotə dinləmələri iştirsakçıları, təhqiqatçılar və respublikaçılar partiyasına nifrətləri ilə onlar arzılarından da artıq nailiyyət əldə edib. "Moskvada onlar bizə gülürlər. Ağıllan, Amerika!" - deyə, prezident əlavə edib.

Tramp sarkazmla siyasi opponenti, Nümayəndələr Palatasının Kəşfiyyat Komətindən demokrat konqresmeni Adam Şiffi tərifləyib. O, Şiffin sabiq prezident Obama administrasiyasının okeanlararxası kiberhücumlara mane olmaq üçün daha çox iş görə bilərdi deməsinə işarə edib.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri H.R. Makmaster Münhen Təhlükəsizlik Konfransından deyib ki, “federal ittiham nümayiş etdirir ki, ABŞ getdikcə xarici casusluq və təxribatın mənbəsini müəyyən etməkdə daha çox bacarıqlı olur.” O əlavə edib ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi inkaredilməzdir.

Bu ifadədən bir neçə dəqiqə öncə Rusiya xarici işlər naziri Sergey Lavrov ittihamları “boşboğazlıq” adlandırmışdı: “Siz istədiyiniz şeyi nəşr edə bilərsiniz, gördüyümüz odur ki, bu ittihamlar, bəyanatlar getdikcə daha çox artır.”

Rusiyanın ABŞ-da 2016-cı il prezident seçilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqat qrupu13 Rusiya vətəndaşına qarşı Amerikanın siyasi prosesləri və seçkilərinə müdaxilə ittihamları irəli sürüb. İttihamlara konspirasiya, bank və pulköçürmə fırıldaqçılığı, habelə şəxsi məlumatların oğurlanması daxildir.

XS
SM
MD
LG