Accessibility links

Tramp federal təhqiqata yazılı cavablarını başa çatdırdığını bildirib


ABŞ prezidenti Donald Tramp Rusiyanın 2016-ci il prezident seçkilərinə müdaxiləsinə dair federal təhqiqata yazılı cavablarını başa çatdırdığını bildirib. Lakin prezident cavabları hələ ki, xüsusi şuraya təqdim etmədiyini deyib.

Ağ Evdə müxbirlərlə danışan ABŞ dövlət başçısı yazılı cavabları vəkilləri deyil, özünün yazdığını vurğulayıb.

Xüsusi prokuror Robert Müllerin Rusyianın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı 18 aylıq təhqiqatı davam edir.

Təhqiqat çərçivəsində Trampın kampaniyasının Moskva ilə əlaqələri olub-olmadığı araşdırılır.

XS
SM
MD
LG