Accessibility links

Tramp Rusiyanın "G-7"-ə qayıtmasını istəyir


Hələ də Ukraynanın Krım yarımadasını nəzarətdə saxlamasına baxmayaraq. Birləşmiş Ştatlar prezidenti Donald Tramp Rusiyanın “G-7" qrupuna geri qayıtmasını istədiyini deyib.

Moskva qrupdan 2014-cü ildə, yarımadanı ilhaq etdikdən sonra çıxarılmışdı.

Onlar Putini qrupdan Krımla və başqa məsələlərlə bağlı daha ağıllı tərpəndiyinə görə kənarlaşdırdılar.

“G-7” liderləri bu həftəsonu illik toplantı keçirmək üçün Fransanın Atlantik dənizi sahilindəki Biarritz şəhərinə yola düşdüyü zaman Donald Trump deyib ki, Rusiya prezidenti Vladimir Putinin yenidən qrupa daxil olmasına lüzum var.

“Onlar Putini qrupdan Krımla və başqa məsələlərlə bağlı daha ağıllı tərpəndiyinə görə kənarlaşdırdılar. O, Obamadan tamamilə ağıllı tərpəndi. Obama çox hirsli idi. Onu kənarlaşdırdılar. Mənim fikrimcə Rusiya qrupa geri dönməlidir, çünki biz dünyada sülh və başqa şeylər axtarırıq, ticarət istəyirik. Rusiyanın da həmişə olduğu yerdə olması məsələni xeyli asanlaşdırardı,” Donald Tramp bildirib.

Putin Ukraynadan ilhaq etdiyi Krımda motosiklet sürür.
Putin Ukraynadan ilhaq etdiyi Krımda motosiklet sürür.

Belə görünür, Rusiyanın Krımı öz ərazisi hesab etməsi Trampı o qədər də narahat etmir. Əksinə o, Rusiyanın Krımı ilhaq etməsinə görə sabiq prezident Barak Obamanı günahlandırır.

“G-7”yə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Birləşmiş Ştatlar daxildir. Lakin qrupa daxil olan ölkələrdən hansınınsa Rusiyanı yenidən qrupa daxil edərək qurumu “G-8”ə çevrilmək fikrini dəstəkləyib-dəstəkləməyəcəyi məlum deyil.

XS
SM
MD
LG