Accessibility links

Tramp Rusiyanın xəbər verildiyi kimi Talibana mükafat təklifi haqda məlumatlandırılmadığını bildirir


ABŞ prezidenti Donald Tramp bazar günü Rusiya hərbi kəşfiyyatının gizli olaraq Əfqanıstandakı Taliban militantlarına ABŞ hərbi qüvvələrini qətlə yetirmək üçün mükafat təklif etdiyinə dair xəbərlərlə bağlı heç vaxt məlumatlandırılmadığını bildirib.

“Heç kəs nə mənə, nə vitse-prezident Mayk Pensə, ya da Ağ Evin aparatının rəhbəri Mark Midouza Əfqanıstanda `anonim mənbə` vasitəsilə saxta xəbər (Nyu York Times” tərəfindən məlumat verildiyi kimi, bizim əsgərlərimizə qarşı guya rusların hücumları haqda məlumat verməyib”, Tramp Twitter sosial şəbəkəsində yazıb.

Bundan öncə Ağ Ev prezident Donald Trampın Rusiya hərbi kəşfiyyatının Əfqanıstanda ABŞ hərbi qüvvələrini qətlə yetirmək üçün Talibanla əlaqələri olan militantlara mükafat təklif etdiyi haqda verilən xəbərlərlə bağlı məlumatlandırıldığını inkar edib.

Arxiv fotosu - ABŞ hərbi qüvvələriƏfqanıstan Milli OrdusununLoar vilayətindəki bazasında 7 avqust, 2018.
Arxiv fotosu - ABŞ hərbi qüvvələriƏfqanıstan Milli OrdusununLoar vilayətindəki bazasında 7 avqust, 2018.

Ağ Evin mətbuat katibi Keyli Makenanin açıqladığı bəyanatda nə prezident Trampın, nə də vitse-prezident Mayk Pensin Rusiya kəşfiyyatının mükafatlar təklifi ilə bağlı məlumatlandırıldığını bildirib.

Keçmiş vitse-prezident Co Bayden xəbərlərə münasibət bildirərək, Trampı fəaliyyət göstərmədiyinə görə kəskin tənqid edib.

Demokrat partiyasından prezidentliyə ehtimali namizəd olan Bayden deyib ki, Tramp nəinki Rusiyaya qarşı heç bir şey etməyib, “Vladimir Putin qarşısında utandırıcı ehtiram və alçalma kampaniyasını davam etdirib.”

O, noyabrın 3-də seçildiyi halda “Putinin qarısına çıxacağı və Rusiya üçün bunun ciddi nəticələri olacağına” söz verib.

Nyu York Times qəzeti AB kəşfiyyat rəsmilərinin bir neçə ay bundan öncə Rusiya hərbi kəşfiyyatının Talibanla əlaqələri olan militantlara mükafat təklif etdiyinə dair nəticə çıxardığı haqda məlumat verib.

Qəzet məsələ ilə tanış olan adlarının çəkilmədiyi ABŞ rəsmilərinə istinadən Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (GRU) hərbi kəşfiyyatının Avropada sui-qəsd cəhdləri ilə əlaqəsi olan gizli bölməsinin keçən il uğurlu hücumlara görə mükafatlar təklif etdiyi haqda məlumat verib.

Taliban sözçüsü iyunun 27-də qrupun bu iddianı qəti şəkildə rədd etdiyini bildirib.

Milli Təhlükəsizlik Şurası, Pentaqon və Mərkəzi Kəşfiyyat Agentliyinin nümayəndələri sonradan Washington Post qəzetinin məlumat verdiyi iddiaları şərh etməkdən imtina edib.

Rusiya Xarici İşlər Nazirliyi məlumatları rədd edib.

XS
SM
MD
LG