Accessibility links

Tramp sərhəd divarı ilə bağlı demokratlarla toqquşdu


ABŞ prezidenti Donald Tramp bu gün demokratik liderlərlə 21 dekabr tarixində qəbul ediləcək dövlət xərcləri paketinin bir hissəsi olan sərhəd divarının maliyyələşdirilməsi üçün son dəfə görüşüb.

Sərhəd divarının maliyyələşdirilməsi respublikaçılar tərəfdən nəzarət edilən Konqresin son qanunvericilik fəaliyyətini və bayramlar ərəfəsində hökumətin qismən bağlanmasının qarşısını almaq üçün qəbul ediləcək qanun layihəsinə işarə idi.

Tramp 2019-cu maliyyə ili içərisində divarı maliyyələşdirmək üçün 5 milyard dollar ayrılmasını müzakirə etmək üçün Senatın azlıq demokrat lideri Çak Şumer və Nümayəndələr Palatasının azlıq demokrat lideri Nensi Pelosi ilə görüşüb.

Prezident deyib ki, fərx edirəm ki, sərhəd təhlükəsizliyinə görə hökuməti bağlayacağam“ , Tramp iki dəfə təkrar edib.

“Mən düşünürəm ki, media qarşısında debatlar aparmamalıyıq”, Pelosi deyib.

Fərx edirəm ki, sərhəd təhlükəsizliyinə görə hökuməti bağlayacağam

Şumer isə deyib ki, prezident hökuməti bağlayacaq, lakin divarı da əldə etməyəcək.

Tramp Meksika ilə sərhəd divarının Mərkəzi Amerikadan gələn miqrantların ABŞ-ın işğalını dayandıracağını söyləyib.

Tramp administrasiyası sentyabrın 30-da başa çatan maliyyə ilinin büdcəsində sərhəd təhlükəsizliyinin maliyyələşdirməsi üçün 1375 milyard dollar alıb. Divarın tikilməsi bu pula daxil olunmayıb.

XS
SM
MD
LG