Accessibility links

Tramp: Səudiyyə Ərəbistanı neft hasılatını artırmağa razılaşıb


ABŞ prezidenti Donald Tramp şənbə günü Twitter hesabında Səudiyyə Ərəbistanı Kral Salmanın onun neft hasilatını “2 milyon barelə” artırmaq istəyini qəbul etdiyini deyib.

Səudiyyə Ərəbistanı rəsmiləri hələ ki, bununla bağlı açıqlama verməyib.

Neft sənayesindən bir mənbənin bu həftə Reuters-ə verdiyi məlumata əsasən, OPEC Rusiya və neft hasil edən digər müttəfiqləri ilə günlük hasilatı 1 milyon barelə artırmaq üzərində razılıq əldə edəndən sonra dünyanın ən böyük neft ixracatçısı iyul ayında gündə 11 milyon barelədək neft hasil etməyi planlaşdırır.

XS
SM
MD
LG