Accessibility links

Tramp Səudiyyə Ərəbistanına neft qiymətlərini aşağı saxladığına görə təşəkkür etdi


Səudiyyə kralı Salman Şura Məclsində illik hesabat verir. 19 noyabr, 2018, Riyad, Səudiyyə Ərəbistanı.
Səudiyyə kralı Salman Şura Məclsində illik hesabat verir. 19 noyabr, 2018, Riyad, Səudiyyə Ərəbistanı.

ABŞ Prezidenti Donald Tramp şərşənbə günü Səudiyyə Ərəbistanına dünya neft qiymətlərini aşağı saxladığına görə təşəkkür edib. O, minnətdarlığı ABŞ-ın səudiyyəli jurnalistin qətlinə görə Riyaddan üz döndərməyəcəyini deməsindən bir gün sonra ifadə edib.

Florida ştatında Atlantik Okeanı sahilində danışan ABŞ lideri dünyada Amerikadan sonra ikinci ən iri neft hasilatçısı lakin ən iri neft ixracatçısı olan səudiyyəliləri neft qiymətlərini sabit saxlamaq üçün bazarı kifayət qədər xam neftlə təchiz etidklərinə görə alqışlayıb.

Dünya bazarlarında neft qiymətlərinin sabitliyini təmin etmək üçün Səduiyyə Ərəbistanı neft təchizatını artırıb.

Şükran Bayramı münasibətilə Vaşinqtonu tərk etməzdən öncə Tramp müxbirlərə deyib ki, ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqları insan haqları ilə bağlı narahatlıqları üstələyir. O, deyib ki, Camal Xaşuqcinin qətlinə görə Səudiyyə ərəbistanından üz döndərmək “kobud səhv olardı”.

“Biz Səudiyyə Ərəbistanı ilə birgə dayanırıq. Krallığın İran və Rusiyaya qarşı müxalifliyi və Ər-Riyadın Amerikadan hərbi avadanlıq alması yüz minlərlə iş və milyardlarla dollar investisiya deməkdir”, prezident bildirib.

Tramp deyib ki, Russia və Çin bu hədiyyəni ala bilməyəcək.

“Biz neft qiymətlərini aşağı saxlayırıq" deyən prezident əlavə edib ki, əks təqdirdə, yəni münasibətlərin kəsildiyi təqdirdə qiymətlər qalxa bilərdi.

Prezident Donald Tramp Ağ Evin qarşısında müxbirlərlə danışır. 20 noybar, 2018.
Prezident Donald Tramp Ağ Evin qarşısında müxbirlərlə danışır. 20 noybar, 2018.

Prezident dünya iqtisadiyyatını dağıtmaq istəmədiyini bildirib. O bunun ağılsızlıq ola biləcəyini də əlavə edib.

Şahzadənin qətldə əli olmasının mümkünlüyünə gəlincə, Tramp “ola da bilər, olmaya da” deyib. Bu sözlər Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) gəldiyi qənaətə ziddir. CIA jurnalistin ölümünü birbaşa vəliəhd şahzadənin sifariş etdiyinə inanır.

Əvvəl Ağ Evin bəyanatında deyilmişdi ki, Tramp qanunvericilərin siyasi və digər səbəblərdən Ər-Riyada sanksiyalar tətəiq etmək niyyətindədirsə, bunu edə bilərlər deyib.

XS
SM
MD
LG