ABŞ Prezidenti Donald Tramp Rusiya və Səudiyyə Ərəbistanı ilə qlobal koronavirus pandemiyası şəraitində neft hasilatının azalması və neft qiymətlərinin kəskin ucuzlaşmasına son qoymaq üçün vasitəçilik etdiyini bildirib.
Tramp Rusiya prezidenti Vladimir Putin və Səudiyyənin vəliəhd şahzadəsi ilə aprelin 2-də danışdığını bildirsə də, prossesin necə olacağı barədə təfərrüatları bilmədiyini söyləyib.
"Gözləyirəm və ümid edirəm ki, onlar hasilatı təxminən 10 milyon barel azaldacaqlar. Və əgər bu baş verərsə bu, neft və qaz sənayesi üçün böyük bir addım olacaq!"
Tramp Rusiya və Səudiyyə Ərəbistanının hasilatı gündə 10-15 milyon barelə qədər endirə biləcəyini bildirb. Bu isə qlobal tədarükün 10 ilə 15 faizinə bərabərdir. Bu azalmanın baş verməsi üçün OPEC və müttəfiqlərindən başqa digər ölkələr də buna əməl etməlidirlər.
ABŞ prezidenti razılıq qarşılığında Səudiyyə Ərəbistanı və Rusiyaya hər hansı bir güzəşt etmədiyini söyləyib.
Rusiya və Səudiyyə Ərəbistanı ötən ayın əvvəlində koronavirusun dünyaya yayıldığı bir vaxt hasilatı azaltmaqla bağlı razılaşma əldə edə bilmədiklərindən bəri bir biri ilə ziddiyyətlər yaşayırlar. Pandemiya o zamandan bəri daha ciddi hal alıb və nəticədə iqtisadi fəallığı dondub, neft qiymətləri kəskin şəkildə aşağı düşüb.
Rusiyanın energetika naziri Aleksandr Novak aprelin 3-də Moskvanın hasilatı artırmağı planlaşdırmadığını və bazarı sabitləşdirmək üçün OPEC və digər istehsalçılarla əməkdaşlığa hazır olduğunu bildirib.
Səudiyyə Ərəbistanı dövlət mediası Səudiyyə Ərəbistanının da öz növbəsində OPEC və qeyri-rəsmi qruplaşma olan kimi tanınan OPEC+ üzvlərini növbədənkınar yığıncaq keçirməyə çağırdığını və neft bazarlarını sabitləşdirmək üçün ədalətli bir razılaşma əldə etməyi hədəflədiklərini bildirib.
Trampın aprelin 3-də neft sənayesi rəhbərləri ilə Ağ Evdə görüşə hazırlaşır.