Accessibility links

Tramp sağlamlıq sığortası olmayan insanlara vizaları məhdudlaşdırdı


Donald Tramp
Donald Tramp

ABŞ vizasına müraicət edən immiqrantlar sağlamlıq sığortası almağa imkanlarının olduğunu sübut etmədiyi təqdirdə ölkəyə buraxılmayacaqlar. Bu barədə prezident Donald Trampın cümə günü imzaladığı müraciətnamədə qeyd edilib.

Yeni qayda artıq ABŞ-da olan insanlara deyil, xarici ölkələrə immiqrant vizalarına müraciət edən insanlara şamil olunur. Qayda daimi sakinlərə (qrin kard sahibləri), qaçqınlara və uşaqlara şamil olunmur, amma ABŞ vətəndaşlarının həyat yoldaşları və valideynlərinə şamil olunur. Bu isə valideynlərini ABŞ-a gətirməyə çalışan ailələrə təsir göstərə bilər.

Müraciətnamədə bildirilir ki, immiqranlar ölkəyə daxil olandan sonra 30 gün ərzində sağlamlıq sığortası almasa və ya tibbi xərcləri ödəmək üçün kifayət qədər pulu olmasa onlar ölkəyə buraxılmayacaq. Bu qayda noyabrın 3-də qüvvəyə minəcək.

Tramp adminstrasiyası ailə-əsasli immiqrasiya sistemindən bacarığa əsaslanan sistemə keçmək istəyir və cümə günü imzalanan müraciətnamə immiqrantların ictimai proqramlara çıxışını məhdudlaşdırmaq cəhdidir.

Tramo administrasiyası bu ilin əvvəli qaydalarda dəyişiklik edərək, yardım proqramlarından sitifadə edən immiqrantların qrin kard almalarını

Tələb olunan sığorta ya şəxs tərəfindən alınmalıdır, ya da onu işə götürən şirkət tərəfindən verilməlidir. Bu, qısa-müddətli və ya sadəcə fövqəladə hallar üçün nəzərdə tutulan sığorta da ola bilər.

Ağ Ev yaydığı bəyanatda bildiri ki, çox sayda vətəndaş olmayan sakin ölkənin “comərd icitimait sağlamlıq sığortası proqramlarından”sui-istifadə edir və imiqrantlar sığorta qiymətlərinin yüksək olmasına səbəb olur.

Miqrasiya Siyasəti İnstitutunun verdiyi məlumata görə, 2017-ci ildə ABŞ immiqrantlarının 57, ABŞ-da dünyaya gələnlərin isə 69 faizinin özəl sağlamlıq sığortaları olub. Bundan əlavə immiqrantların 30, ABŞ-da dünyaya gələnlərin isə 36 faizi ictimai sağlamlıq sığortasından faydalanıb.

ABŞ-da sığortası olmayan insanların sayı 2013 ildən 2017-ci ilədək 32 faizdən 20 daizə düşüb.

Hər il 1.1 milyon insan qrin kard əldə edir.

XS
SM
MD
LG