Accessibility links

Tramp sabiq müşavirinin məhkəməsindən narazıdır


Andlılar heyəti ABŞ Prezidentinin sabiq kampaniya rəhbəri Paul Manaforta veriləcək hökmü nəzərdən keçirirkən, Donald Tramp məhkəməni “kədərli” adlandırıb.

"Hesab edirəm ki, əgər orada baş verənlərə baxsaz, Manafortun bütün məhkəməsi çox kədərlidir," Tramp cümə günü Ağ Evdə müxbirlərə deyib. “O, mənim üçün çox qısa müddətə işləyib,” deyə Tramp əlavə edib “amma bilirsiz nə var? O, çox yaxşı insandır. Və onların Paul Manaforta etdikləri çox kədərlidir.”

O, çox yaxşı insandır. Və onların Paul Manaforta etdikləri çox kədərlidir.
Donald Tramp

6 kişi və 6 qadından ibarət andlılar heyəti cümə axşamı Virciniyada 7 saat müzakirə edərək hakimdən dörd sual soruşublar. Suallar içərisində “ağlabatan şübhə” anlamına aydınlıq gətirilməsi yer alıb.

ABŞ qanunlarına əsasən müttəhimin günahı “ağlabatan şübhə”-ni tam şəkildə adlamalıdır. Əks təqdirdə müttəhim təqsirli tapıla bilməz.

Digərləri vergilər və bank fırıldaqçılığı ilə bağlı suallar səsələndiriblər.

Donald Tramp Ağ Evin həyətində müxbirlərlə danışır.
Donald Tramp Ağ Evin həyətində müxbirlərlə danışır.

Günün əvvəlində Hakim T.S. Ellis bağlı qapılar arxasında məşvərətə başlamazdan oncə jüri üzvlərinə öz təlimatlarını verib.

Amerikada məhkəmə ənənəsi ağır cinayətlərin mühakiməsində 12 vətəndaşın qənaəti əsasında hökm çıxarılmasını təsbit edir.

İttihamçılar və müdafiə vəkilləri arqumentlərini çərşənbə günü tamamlayıblar.

Ittihamçılar Manafortun “yalan dolu həyatı boyu” dəbdəbəli imarətlər, bahalı kostyumlar, lüks maşınlar və digər zinətli əşayalara yüksək məbləğdə pul xərclədiyini deyiblər.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG