Accessibility links

Tramp seçiciləri Respublikaçılar partiyasının gələcəyi ilə bağlı fikir ayrılığı yaşayırlar


Prezident Donald Trampın dörd il Respublikaçılar Partiyasına nəzarət etməyə çalışandan sonra yanvarın 20-də Ağ Evi tərk etməsi nəticəsində partiyanın gələcək rəhbərliyi və tutacağı istiqamət, habelə milyonlarla Tramp tərəfdarının sadiqliyi ilə bağlı çox sayda suallar yaranır.

Yanvarın 6-da ABŞ Kapitolisinə hücum Respublikaçılar arasındakı bölgüləri daha çox üzə çıxardı. Həmin gün izdihamın üzvləri əllərində Tramp bayraqlarını dalğalandıraraq, qanunvericiləri axtarıb, Respublikaçılar Partiyasının ən sadiq mühafizəkarlarından olan Mayk Pensə istinad edərək “Mayk Pensi Asın” şüarları səsləndiriblər.

“Yanvarın 6-ı Trampdan sonrakı dövrdə Respublikaçılar Partiyasının ruhu uğrunda aparılan müharibənin açılış döyüşü oldu,” North Star Opinion Search Respublikaçı rəy sorğusu şirkətinin prezidenti Vit Ayers bildirib. O, Amerikanın Səsinə “populist element və idarəçi element var, və məncə bundan sonra iki qrup Respublikaçılar Partiyasına nəzarət uğrunda mübarizə aparacaqlar” deyib.

Partiya daxilindəki ixtilaf çərşənbə günü Nümayəndələr Palatasının 10 Respublikaçı üzvü Demokrat çoxluğa qoşularaq Trampı “üsyana təhrik etmək” ittihamı ilə impiç etdiyi zaman özünü biruzə verib.

Bu ixtilafın bu ayın sonunda ABŞ Senatında məhkəmə başladığı zaman özünü daha çox biruzə verəcəyi gözlənilir. Həmin məhkəmədə Tramp ikinci dəfə özünü impiçment ittihamlarına qarşı müdafiə etməli olacaq. Kapitoliyə hücumdan sonra bir neçə Respublikaçı senator prezidenti açıq qınayıb, onun dərhal vəzifədən getməsinə çağırsalar da, Trampın Ağ Evi tərk etməsindən sonra keçiriləcək məhkəmədə Respublikaçı senatorların necə səs verəcəyi bəlli deyil.

Partiya daxilində ixtilaf rəsmilərlə məhdudlaşmır. Noyabrda keçirilən seçkidə yetmiş dörd amerikalı Trampa səs verib və onların çoxu seçkinin ondan “oğurlandığına” və Respublikaçılar partiyasının Tramp üçün mübarizə aparmadığına inanır.

“Ümid edirəm ki, indiki partiya öləcək,” Şimali Karolinadan Tramp tərəfdarı Ceyk Ballard bildirib. “Belə görünür ki, Yutahdan Respublikaçı senator Mitt Romni kimi respublikaçılar mənim kimi seçicilərdən Demokratlar qədər nifrət edirlər. Onlar qorxaqdırlar və mənim maraqlarımı təmsil etmirlər,” o deyib.

Mitt Romni
Mitt Romni

Romni ötən il Trampın impiç olunmasından sonra onun günahkar elan olunmasının lehinə səs verən yeganə Respublikaçı senator olmuşdu. O həmçinin prezidenti dəfələrlə tənqid edib.

Populist fraksiya

Respublikaçılar partiyasının bir fraksiyasını yevangelist xristianlar və Ballard kimi mühafizəçi seçicilər təşkil edir. Onlar Trampı və cəsarətli şəkildə onlara sadiq qalan siyasətçiləri həvəslə dəstəkləməyə davam edirlər.

Ballard minlərlə “vətənpərvərin” prezidentin seçki nəticələrinə etiraz etmək çağırışına cavab verdiyini izləməyin onu qürurlandırdığını bildirib. O, Kapitolidəki çaxnaşmaya görə təəssüf hissi keçirdiyini bildirsə də, buna görə Trampı günahlandırmır və deyir ki, prezident ondan sonra siyasi zorakılığı rədd edib.

İdarəçi fraksiya

Bir çox Respublikaçı Trampı dəstəkləməyə və onu partiyasının əsl lideri olaraq görməyə davam etsələr də, digərləri bu səhifəni geri qoymağa hazırdılar və inanırlar ki, Trampın davamlı olaraq partiyanın üzü olaraq qalması faciəvi olacaq.

“Mən ötən həftə baş verənlərə görə utandım,” Florida sakini və veteran Harvi Vasseman Amerikanın Səsinə bildirib. “Əgər nəyəsə qarşı etiraz etmək istəyirsinizə edin, amma Konqresə zorla daxil olmaq qəbuledilməzdir və Amerikanı dünya qarşısında məsxərəyə qoydu,” o deyib.

Vasserman 2016 və 2020-ci illərdə Trampa səs verib, amma indi ümid edir ki, prezident vəzifədən gedəndən sonra siyasətdən uzaq duracaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG