Accessibility links

Tramp seçki öncəsi immiqrasiya qorxularını gündəmə gətirir


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı keçiriləcək Konqress seçkisinəbir neçəgün qalmış sənədsiz immiqrantlarla bağlı yeni narahatlıqlar yaradır.

Twitterdə yerləşdirilən yeni kampaniya reklamında Tramp heç bir sübut olmadan Demokratların iki dəfə deportasiya olunmuş meksikalı immiqrantın ölkədə qalmasına icazə verdiyini və onun 2014-cü ildə Kaliforniyada iki şerif müavinini öldürdüyünü bildirib. Reklamda Luis Brakamontesin ölüm cəzası verilmədən öncə məhkəmə salonunda güldüyü və “mən yaxında daha çox polis öldürəcəm” dediyi göstərilir.

“Qanunsuz immiqrant Luis Brakamontes bizim insanları öldürüb” – deyə, 53 saniyəlik videoda deyilir. “Demokratlar onu ölkəmizə buraxıb…Demokratlar onun ölkəmizdə qalmasına icazə verib”.

Bundan əlavə videoda adı açıqlnamayan bir yerdə baryeri keçməyə çalışan minlərlə insanın görüntüləri yer alır və “Demokratlar daha kimləri ölkəmizə buraxacaq” sualı verilir.

Tramp isə yazıb ki, "Demokratların bizim ölkəmizə etdikləri amansızlıqdır. Respublikaçılara səs verin". Reklamda “prezident Donald Tramp və Respublikaçılar Amerikanı yenidən təhlükəsiz edir” yazılır.

Miqrant karvanı

Miqrantlar hələ də, ABŞ-dan 1000 kilometr uzaqdadır, lakin Tramp onları “işğalçı” adlandırıb və onların ABŞ-a törətdiyi təhlükənin qarşısını almaq üçün sərhədə 15 min qoşun göndərəcəyini deyib.

Miqrant karvanı
Miqrant karvanı

Milli Təhlükəsizlik İdarəsinin sabiq rəhbəri, respublikaçı Tom Ridc cümə axşamı Trampın sözlərini tənqid edib. O, Amerikanın Səsinə deyib ki, “işğal” sözü “potensial təhlükə” ilə müqayisədə çox qeyri-proporsionaldır və sərhədə daha çox qoşunun göndərilməsi “lüzumsuz ritorikadır”

“Opioidlər böyük təhlükədir. Siyasi fiqurlar və jurnalistlərə bomba göndərən terrorçular ciddi təhlükədir. “Şabat” ibadəti zamanı insanları öldürən silahlı şəxs təhlükədir”, Ridc deyib.

Kəskin tənqid

Brakamontes videosu Trampın tənqidçilərinin qınaqlarına səbəb olub. Bəziləri bu videonu irqçi adlandırıb və 1988-ci ildə o zaman vitse-prezident olan Corc Buş atanın siyasi kampaniya videosuna oxşadıb. Həmin reklam çarxında Villi Horton adlı afrikalı-amerikalı qatilin şəkli yer almışdı. O, Buşun demokrat rəqibi demokrat Maykl Dukakisin dəsətklədiyi məzuniyyət proqramı çərçivəsində həftə sonu azadlığa buraxılmışdı.

Tom Ridc
Tom Ridc

Məzuniyyətdə ikən Horton ağ dərili qadını zorlayıb, onun nişanlısını isə bıçaqlayıb. Reklam ağ dərililərdə qara dərililərin onlara qarşı cinayət törədə biləcəklərinə dair qorxu hissi yaradırdı.

Demokrat prezident Bill Klintonun hakimiyyəti və daha öncə respublikaçı hakimiyyət dövründə xidmət göstərən sabiq ABŞ əmək naziri Robert Rayk deyib: “Bu, Villi Horton reklamından bəri bəlkə də ən düşüncəsiz və mənfur kampaniya reklamıdır”.

Brakamontes məsələsinin arxasındakı faktlar reklamda qeyd olunduğundan daha mürəkkəbdir. O, iki dəfə narkotik maddə ittihamı ilə məhkum ediləndən sonra deportasiya edilib. O, ilk dəfə 1997-ci ildə Klinton prezident ikən, ikinci dəfə isə 2001-ci ildə qanunsuz şəkildə ABŞ-a daxil olandan sonra respublikaçı prezident Corc Buş oğul hakimiyyətdə ikən deportasiya edilib.

XS
SM
MD
LG