Accessibility links

Tramp seçki müdaxiləsinə qarşı yeni ölçülərə icazə verir


ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda qarşıdan gələn seçkilərə müdaxilə etməyə çalışan ölkələr və şəxslərə qarşı əlavə sanksiyaların tətbiq edilməsinə icazə verib.

Rəsmi sərəncam prezidentə noyabr ayında Konqresə ara seçkiklərinə müdaxilə etməyə cəhd göstərən xaricilərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyətləri verir. Müdaxilə cəhdlərinə səslərin saxtalaşdırılması, ya da “təbliğat” səyləri də daxildir.

Bununla belə, hər iki partiyadan qanunvericilər bildirir ki, bu səylər kifayət deyil. Onların sözlərinə görə, Konqres ən tez zamanda bununla bağlı qanun layihəsini təsdiq etməlidir.

ABŞ kəşfiyyatı Rusiyanın 2016-cı ildə Trampın demokrat rəqibi Klinton üzərində qələbə çalmasına kömək məqsədilə Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə etdiyi haqda nəticə çıxarıb. Xüsusi prokuror Robert Müller Trampın kampaniya rəsmilərinin seçkilərə təsir göstərmək üçün Moskva ilə əlaqələri olub-olmadığını araşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG