Accessibility links

Seçicilər Kollegiyası Donald Trampın qələbəsini rəsmən təsdiq edib


Respublikaçı Donald Tramp rəsmən ABŞ-ın 45-ci prezidenti seçilib. Onun qələbəsi Seçicilər Kollegiyasının səsverməsi ilə təsdiqlənib.

Ənənəvi olaraq hər ştat, eləcə də Kolumbiya Mahalını təmsil edən elektorlar öz ştatlarının paytaxtında səs verib və gözlənildiyi kimi Tramp tələb olunan 270 səsi alaraq qalib gəlib.

Onun rəqibi demokrat Hillari Klintonun tərəfdarları onun ümumi səsvermədə Trampdan 2,9 milyon daha çox səs aldığını iddia edərək, Trampa səs verəcəklərini vəd edən elektorları Klintonu dəstəkləməyə çağırıb.

Bəzi etirazçılar Trampın qələbəsinə mane olmaq üçün son cəhd olaraq ştat paytaxtlarında etiraz aksiyaları keçirib.

Lakin hər ştatın Seçicilər Kollegiyasına təqdim etdiyi səsvermənin nəticələri Trampa səs verəcəklərini vəd edən elektorların öz mövqeyində qəti olduqlarını göstərir.

Texasdan gələn səslərlə birlikdə elektorların səsi 270 həddini keçdikdən sonra Donald Tramp “Amerika xalqına onu Amerika Birləşmiş Ştatların növbəti prezidenti seçdiyinə” görə təşəkkür edib.

Bütün nəticələr hesablandıqdan sonra Tramp 304, Klinton isə 227 səs alıb. Digər yeddi elector isə iki əsas namizəddən fərqli şəxslərə səs verib.

Amerikalılar artıq noyabr ayının əvvəlindən Trampın yanvarın 20-də keçiriləcək inaqurasiyadan sonra ölkə prezidenti olacağını bilirdi.

Lakin ABŞ prezident seçkilərinin nəticləri seçki günü verilən səslərlə deyil, 50 ştat və Kolumbiya Mahalında əldə olunan individual nəticələr, daha sonra isə Seçicilər Kollegiyasında 538 elektorun verdiyi səslə müəyyən olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG