Accessibility links

Donald Tramp vətəninə qayıtdı


ABŞ prezidenti Donald Tramp bu vəzifədə ilk xarici səfərini başa vurub. O, İtaliyanın Siciliya adasındakı Sigonella Donanma Hava qüvvələri məntəqəsində ABŞ hərbçiləri və onların ailə üzvləri qarşısında çıxış edib.

Elə həmin çıxışdan dərhal sonra Trampın təyyarəsi Siciliyadan Birləşmiş Ştatlara yola düşüb.

Tramp doqquz günlük səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, İsrail, Fələstin torpaqları, İtaliya və Belçikada olub.

ABŞ prezidenti çıxışında ötən həftənin “həqiqətən də tarixi” olduğunu söyləyib.

NATO sammiti ilə bağlı o deyib ki, “NATO-ya pul indi o ölkələrdən gələcək ki, mən prezident seçilməsəydim, heç vaxt bunu etməyəcəkdilər”.

Newsmax Mediasının baş icraçısı və Trampın dostu Kristofer Ruddi prezindetin daha çox səfər edəcəyini gözlədiyini deyir və Ağ Evi diqqəti onun əsas tərəfdarlarına xitab edən məsələlərə yönəltməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG