ABŞ Prezidenti Donald Tramp nyu-yorklu demokrat senator barədə təhqiredici tvit atandan sonra tənqidlərlə üzəşir. Çərşənbə axşamı Kirsten Gillibrand deyib ki, Tramp onun istefa çağırışlarını susdurmağa çalışır. Gillibrand bu çağırışı keçmişdə Trampın onlara söz atıb, onlara qarşı cinzi təcavüz etdiyini iddia edən qadınların iddalarını yenidən dilə gətirəndən sonra edib. Konqresin bir qrup qadın üzvü Trampa qarşı irəli sürülən cinsi təcavüz iddiaları ilə bağlı istintaqın aparılmasını tələb edir.
Mən bunu seksist böhran kimi görürəm. Bu, prezidentin insanlara böhtan atmaq səylərinin bir hissəsidir, amma məni susdurmayacaq. Onun məqsədi məni susdurmaqdır. Amma bu, nə onu birbaşa ittiham edən qadınları, nə də onun inaqurasiyasından bəri Trampla razılaşmadıqları məsələlər barədə səslərini ucaldan milyonlarla qadını susdurmayacaq.Kirsten Gillibrand
Nyu-yorklu demokrat senator Kirsten Gillibrand Trampı qəzəbləndirib. O, Konqresi onlarla qadının Trampa qarşı cinsi təcavüz itthamlarını araşdırmağa çağıran tvit atıb. Çərşənbə günü səhər saatlarında prezident Twitter səhifəsində Gillibrandı ofisinə gəlib, ondan kampaniyası üçün ianə ‘dilənən’ və bunun müqabilində hər şeyi etməyə razı olan bir insan kimi təsvir edib. Gillibrand isə Trampın bu tvitini prezidentin onu biabır etmək cəhdi kimi qiymətləndirib.
“Mən bunu seksist böhran kimi görürəm. Bu, prezidentin insanlara böhtan atmaq səylərinin bir hissəsidir, amma məni susdurmayacaq. Onun məqsədi məni susdurmaqdır. Amma bu, nə onu birbaşa ittiham edən qadınları, nə də onun inaqurasiyasından bəri Trampla razılaşmadıqları məsələlər barədə səslərini ucaldan milyonlarla qadını susdurmayacaq,” Gillibrand deyib.
Ötən il prezident seçki kampaniyası zamanı bir neçə qadın Trampın onlara sataşdığını ya da cinzi təcavüz etdiyi demişdi. Bazar ertəsi onların bəziləri iddialarını yenidən dilə gətirib. Bu isə üç ABŞ qaununvericisinin cinsi təcavüz ittihamları səbəbilə istefaya getməsindən bir həftə sonraya təsadüf edib.
Bu il başda Harvi Vaynşteyn olmaqla bir neçə tanınmış kişi qadınlara qarşı cinsi təcavüz etməkdə ittiham olunandan sonra istefa verib. ABŞ Konqresində bir qrup demokrat qadın çərşənbə axşamı Trampın nalayiq hərəkətləri ilə bağlı istintaqın aparılmasına çağırıb.
“Cinsi təcavüz qəbuledilməzdir. Nə Hollivud prodüseri, nə restoran aşbazı, nə Konqres üzvü nə də ABŞ prezidenti bunu edə bilməz,” deyə Florida ştatının nümayəndəsi Luis Frankel bildirib.
Ağ Ev çərşənbə axşamı Gillibrandın Trampın seksist olduğuna dair iddialarını rədd edib.
“Prezidentin keçmişdə etdiyi şərhlərə nəzər salsanız, onun həmin terminologiyadan kişilərə istinadən də istifadə etdiyini görərsiniz. Bu sözlərin seksit olmasının mümkünatı yoxdur. O sadəcə bizim sistemdən danışır. Bu sistemdə höküməti xüsusi maraqlar idarə edir. Məncə prezidentin istinad etdiyi senatordan daha çox siyasi ianələrlə idarə olunan başqa bir insan yoxdur”, Sara Hakabi-Sanders deyib.
Tramp ötən il 17 qadının cinsi təcavüz ittihamlarına baxmayaraq, prezident seçkisində qalib gəldi.