Accessibility links

Trampın impiçment ehtimalı yüksək deyil


Trampın impiçment ehtimalı yüksək deyil
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Trampın impiçment ehtimalı yüksək deyil

ABŞ Senatı bu ay keçmiş Prezident Donald Trampın Kapitoli qiyamını təhrik etməkdə günahkar olub-olmadığını müəyyənləşdirmək üçün səsvermə ilə sona çatan tarixi ikinci impiçment mühakiməsini keçirəcək. Millət vəkilləri Trampın bir daha federal vəzifəyə namizədliyini irəli sürməsinə qərar verə bilər.

Noyabrın 25-də Nümayəndələr Palatasının demokrat üzvləri impiçment müddəalarını ABŞ Senatına çatdıraraq keçmiş prezident Donald Trampı prezident seçkilərinin nəticələrinə etiraz olaraq yalan iddialarla iğtişaş qaldırmaqda ittiham edib.

“Biz heç vaxt təslim olmayacağıq. Heç vaxt etiraf etməyəcəyik” , Tramp bildirib.

Yanvarın 6-da Kapitoli binasının mühasirəsində iştirak edən 160-dan çox insan həbs edilib və yüzlərlə adam istintaq altındadır.

Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi yerli ekstremistlərin təhdidinin aktual olaraq qaldığı barədə xəbərdarlıq yayıb. Belə ki, kaliforniyalı bir şəxs Vaşinqtonda binaları partlatmaq planı hazırladığı üçün ittiham olunur.

"Tramp mühakimə olunmalıdır ki, gələcəkdə heç bir prezident qiyam qaldırmağın yaxşı bir şey olduğunu düşünməsin" - deyə, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

İğtişaşdan düz bir həftə sonra, Tramp hələ prezident olarkən ABŞ Nümayəndələr Palatası 232 lehinə 197 əleyhinə səslə impiçmentə qərar vermişdi.

Bəzi yüksək səlahiyyətli respublikaçılar Trampın qiyamdakı rolunu etiraf etsələr də ...

“Camaat yalanlardan doyub. Onlar Prezident və digər güclü insanlar tərəfindən təhrik edilib" , Senatın azlıq lideri Mitç Makkonnel bildirib.

Respublikaçılarla Demokratlar arasında 50:50 nisbətinə bölünmüş Senatda bütün Demokratların razılığı nəzərə alınmaqla, əlavə olaraq 17 Respublikaçının Trampın məhkum edilməsinə səs verməsi tələb olunur. 50 Demokrata yalnız 5 Respublikaçı qatılıb.

“Senatdakı respublikaçılar keçmiş prezident Trampın istər iştirakçı, istərsə də korlayıcı rolu olsun, onun Respublikaçıların siyasətində oynaya biləcək potensial rol barədə düşünürlər. Respublikaçılar partiyalarının gələcəyinin necə görünəcəyinə səs verəcəklər” - deyə, Çikaqo Universitetidən Azul Haq bildirib.

Demokratlar mühakimə üçün respublikaçıların kifayət qədər səsləri olmadığından narahatdırlar. Senat məhkəməsi prezident Co Baydeni səlahiyyət müddətinin ilk həftələrində onu işindən yayındıracaq. Bəziləri heç bir nəticəsi olmayan tənbehə səs verilməsini təklif etsə də, aparıcı demokratlar bunu rədd edib.

"Yanlışlığa qapılmayın, bu mühakimə olacaq və keçmiş prezidentə qarşı dəlillər millətin və hər birimizin görməsi üçün parlaq rəngdə təqdim ediləcək", Senatın əksəriyyət lideri Çak Şumer deyib.

Trampın seçki saxtakarlığına dair iddiaları davam etdiyinə görə onun hüquqi komandası bir neçə dəyişiklik edib. Sadə səs çoxluğu onun bir daha federal ofisə namizədliyini qadağan edə bilər, amma məhkum olma ehtimalı azdır.

Tramp ABŞ tarixində iki dəfə impiç edilən yeganə prezident kimi Senatda mühakimə olunan ilk keçmiş prezident olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG