Accessibility links

ABŞ-da hökumət idarələrinın qismən bağlanmaq ehtimalı var


The Capitol is seen in Washington, Dec. 14, 2018, after Congress adjourned until next week. Congress is racing to avoid a partial government shutdown over President Donald Trump’s border wall.
The Capitol is seen in Washington, Dec. 14, 2018, after Congress adjourned until next week. Congress is racing to avoid a partial government shutdown over President Donald Trump’s border wall.

Konqresin sərhəd duvarı üçün 5 milyard dollarlıq qanunvericiliyi qəbul etmədiyi təqdirdə, ABŞ hökumətinin bağlanması üçün məsuliyyəti özü daşıyacağını qürurla deyən prezident Donald Trump cümə günü Twitter səhifəsində "Hökumətin bağlanması Demokratlara məxsusdur." deyə, yazıb.

"Əgər Demokratlar yox desələr, hökumət uzun müddətə bağlanacaq"

Nümayəndələr Palatası cümə axşamı gecə 217:185 səs nisbəti ilə hökumət idarələrinin bağlanmasının qarşısını almağa yönəlik qərar qəbul edib. Əgər Konqres büdcə ilə bağlı yekun razılıq əldə edə bilməsə cümə günü gecəyarıdan sonra hökumət idarələri qısmən bağlanacaq və 800 minə qədər federal işçi işə çıxmayacaq.

"Əgər Demokratlar yox desələr, hökumət uzun müddətə bağlanacaq" deyə, prezident Tramp Twitter səhifəsində bildirib.

Mən Konqresdən dövlətimizin qorunması üçün kiçik, çox kiçik bir məbləğ istəyirəm və bu divar ölkəni qoruyacaq.

Güman olunur ki, Nümayəndələr Palatasında qəbul edilən qanunu Senat təsdiq etməyəcək. Belə ki, Senatdakı Demokrat azlıq Nümayəndələr Palatasının qəbul etdiyi büdcə versiyasının əleyhinə çıxır.

ABŞ-Meksika sərhədi boyu divarın çəkilməsi üçün $5 milyard dollar tələb edən Prezident Tramp Nümayəndələr Palatası liderlərinə bu məbləğ ayrılmayınca Senatın təsdiq etdiyi qərara imza atmayacağını və hökumətin bağlanmasının günahını öz üzərinə götürəcəyini deyib.

Divar tərəfdarları cənubdan qaynaqlanan qeyri-qanuni mühacir axının qarşısını almaq istədiklərini deyirlər.
Divar tərəfdarları cənubdan qaynaqlanan qeyri-qanuni mühacir axının qarşısını almaq istədiklərini deyirlər.

“Dövlətimiz indiyədək xarici dövlətlərin sərhədlərini qorumaq üçün trilyonlarla dollar xərcləyib, bu sərhədləri qorumaq üçün minlərlə gəncimiz həyatlarını qurban verib. Mən Konqresdən dövlətimizin qorunması üçün kiçik, çox kiçik bir məbləğ istəyirəm və bu divar ölkəni qoruyacaq,” deyə prezident Tramp bildirib.

Bu arada isə Ağ Ev sözçüsü Sara Sanders prezidentin hələ də divar üçün maliyyə mənbələri əldə etməyin başqa yollarını axtardığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG