Accessibility links

Tramp Şimali Koreyanın ABŞ üçün “fövqəladə hədə” olduğunu deyib


Prezident Donald Tramp cümə axşamı bəyan edib ki, Şimali Koreya hələ də Birləşmiş Ştatlar üçün “fövqəladə hədə” olmaqda qalır.

Prezident nüvə silahına malik olan ölkəyə qarşı tətbiq edilən milli təhlükəsizlik tədbirlərini daha bir il uzadaraq, ona qarşı iqtisadi məhdudiyyətləri qüvvədə saxlanılması ilə bağlı göstəriş verib.

Bu göstəriş gözlənilsə də, Trampın Twitter vasitəsilə “Şimali Koreya tərəfindən artıq nüvə hədəsi yoxdur” mesajından cəmi doqquz gün sonraya təsadüf edir. ABŞ prezidenti Twitter-dəki mesajını Şimali Koreya lideri Kim Conq Un ilə Sinqapurda keçirilən zirvə toplantısından sonra yazmışdı.

Göstəriş prezidentin daha öncə bildirdiyi fikri şübhə altına qoyur.

Milli təhlükəsizlik tədbirləri 2008-ci ildən bəri qüvvədədir və ABŞ-Şimali Koreya arasında son il artan gərginlikldən sonra qüvvədə qalacağına şübhə doğurmurdu. Lakin 12 iyun tarixində iki lider arasında keçirilən zirvə toplantısında Kimin Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə razılıq verdikdən sonra bu tədbirlərin yumşalacağı güman edilirdi.

Hər iki tərəf Şimalın nüvə silahlarını hansı şərtlərlə təhvil verəcəyini və sanskiyalardan necə aradan qaldırılacağını müzakirə etməlidir.

Tramp cümə axşamı Kabinet görüşündə nüvəsizləşdirmə prosesinin artıq başladığını bəyan edib. Lakin, həmin sözlərdən bir gün öncə müdafiə naziri Ceyms Mattis müxbirlərə deyib ki, Şimali Koreyanın nüvəsizləşdirmə istiqamətində hər hansı bir addımın atdığı haqqında xəbərsizdir.

Eyni zamanda, Pentaqon cümə günü Cənubi Koreyada avqust ayında keçirilməsi planlaşdırılan hərbi təlimləri “qeyri-müəyyən vaxta qədər” təxirə salıb.

Pentaqonun sözçüsü Dana Uayt deyib ki, Cənubi Koreyada keçiriləcək hərbi təlimlərin taleyi Şimali Koreyanın məhsuldar danışıqlar aparmaq niyyətindən asılı olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG