Accessibility links

Tramp: Şimali Koreyanın raket buraxmasından sonra bütün variantlar masa üzərindədir


ABŞ prezidenti Donald Tramp deyib ki, çərşənbə axşamı Şimali Koreya tərəfindən raketin buraxılmasından sonra “bütün variantlar masa üzərindədir”.

Amerika rəsmilərinə əsasən, ABŞ-ın müttəfiqi Yaponiya üzərindən bu gün Asiya vaxtı ilə səhər uçan raket belə görünür orta mənzilli ballisik raket olub.

Şimali Koreya “qonşularına, BMT-nin bütün üzvlərinə, eləcə də qəbul olunmuş beynəlxalq davranış normaların minimum standartlarına həqarətlə yanaşdığına işarə edib”, deyə prezidentin Ağ Ev tərəfindən açıqlanan bəyanatında deyilir.

“Bütün variantlar masa üzərindədir”, prezidentin bəyanatı bu sözlərlə bitir.

Amerikanın Səsinin Şimali Koreya ilə bağlı hansı addımın atılacağını bağlı sualını cavablandıran prezident Ağ Evin həyətində hərbi dəniz qüvvələrinin vertolyotuna minməzdən əvvəl “baxıb, görərik” cavabını verib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Təhlükəsizlik Şurasının fövqəladə iclasından əvvəl bildirib ki, diplomatlar Şimali Koreya ilə bağlı daha hansı addımların atıla biləcəyini müzakirə edəcək.

O deyib ki, Pxenyanın BMT Təhlükəsizlik Şurasının hər bir qətnaməsini pozması qəbuledilməzdir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli

Heyli “Çin və Rusiyanın bizimlə əvvəllər olduğu kimi Şimali Koreya məsələsində birgə işləməyə davam edəcəyinə” ümid bəslədiyini ifadə edib.

Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə telefon söhbəti aparıb. Ağ Evin bildirdiyinə görə, liderlər Şimali Koreyanın hər iki ölkə üçün “olduqca ciddi və artan birbaşa təhlükə” yaratdığı məsələsində razılığa gəlib.

Şimali Koreya əvvəlcədən xəbərdarlıq etmədən Pxenyanın beynəlxalq hava limanı yaxınlığından raket buraxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG