Accessibility links

Tramp Şimali Koreyaya qarşı "ən ağır" sanksiyaların tətbiq ediləcəyini elan etdi


Tramp Konservativ Siyasi Fəaliyyət Konfransında çıxış edərəkən

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı “ən ağır” sanksiyalar tətbiq edəcəyini elan etdi. Bu, Ağ Evin Pxenyana qarşı “maksimum təzyiq” kampaniyasının bir hissəsi hesab edilir.

“Biz indiyədək tətbiq edilənlər arasında ən ağır sanksiyaların tətbiqinə qərar vermişik” - deyə, Tramp cümə günü Vaşinqtonda keçirilən Konservativ Siyasi Fəaliyyət Konfransında iştirakı zamanı bildirib.

Şimali Koreyanın qeyri-qanuni mal daşınması və ticarət fəaliyyətini hədəfə alan sanksiyalar qərarı Şimali və Cənubi Koreya arasında gərginliyin azaldığı bir zaman elan edilib.

Sanksiyalar 56 obyekti - 27 mal daşınması və ticarət şirkətini, 28 gəmini və bir fərdi hədəfə alıb. Yüksək vəzifəli ABŞ rəsmisinə əsasən, həmin hədəflər Çindən Tanzaniyaya qədər dünyanın müxtəlif yerlərində yerləşir.

Şimali Koreya uzun müddət ərzində Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün mürəkkəb və gizli qlobal mal daşınma şəbəkəsinə arxalanırdı.

“Biz Şimali Koreya rejiminə qarşı təzyiqlərin artılımasında və Kim Conq Una nüvəsizləşdirmədən başqa bir yol olmadığını göstərməkdə qərarlıyıq.” - deyə yüksək vəzifəli ABŞ rəsmisi bildirib.

XS
SM
MD
LG