Accessibility links

Tramp: ABŞ düzgün şərtlər altında Şimali Koreya ilə danışıqlara hazırdır [Video]


Tramp: ABŞ düzgün şərtlər altında Şimali Koreya ilə danışıqlara hazırdır
please wait

No media source currently available

0:00 0:02:12 0:00

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə “yalnız bir şərtlə” danışıqlar aparmağa hazır olduğunu bildirib. Bununla bərabər xəbərdarlıq edib ki, Pxenyan nüvə və raket proqramını dayandırılmaması çoxlu həyat itkisi ilə nəticələnə bilər.

Prezident Tramp Şimali Koreya məsələsində irəliləyişin olmamasında Vaşinqtondakı sələflərini günahlandırıb. Əlavə olaraq qeyd edib ki, ABŞ rejimlə danışıqlara başlaya bilər.

Prezident Donald Tramp: “Onlar danışmaq istəyirlər. Biz də danışmaq istəyirik, amma yalnız bir şərtlə. Əks halda danışmayacayıq. Bilirsiniz ki, onlar 25 ildir ki danışırlar. Digər prezidentlər bunu mən gələnə qədər, xeyli öncə həll etməli idilər. Onlar isə 25 ildir ki, danışırlar. Bilirsiniz nəyə nail oldular? Heç nəyə.”

Pxençxan Qış Olimpiya Oyunları tamamlanandan sonra bütün diqqət yenidən Şimali Koreyanın nüvə hədəsinə yönəlib.

Cümə günü Şimali Koreyaya qarşı, fərdləri və şirkətləri hədəf alan yeni sanksiyalar elan edildi. Məqsəd Şimali Koreyanın uzaq mənzilli raket inkişafı proqramından çəkindirməkdir.

Olimpiya Oyunlarının bağlanış mərasimindən geri dönən Ağ Ev mətbuat katibi Sara Hakabi Sanders administrasiyanın prioritetlərini yenidən səsləndirib.

Sara Hakabi Sanders, Ağ Ev Mətbuat katibi: “Gəlin tam aydın danışaq. Şimali Koreya ilə istənilən danışıqlar nüvəsizləşdirmə ilə bitməlidir. Həmin ana qədər Birləşmiş Ştatlar və dünya Şimali Koreyaya göstərməlidir ki, nüvə və raket proqramının gələcəyi yoxdur.”

Gərginlik Trampın keçən ilin sentyabrında BMT çıxışı zamanı Şimali Koreya liderinə “raket adam” adlandırdıqdan sonra artmışdı.

Kim Conq Un is öz nəvbəsində Trampın noyabrda etdiyi Asiya səfərini “müharibə qızışdırıcısının səfəri” adlandırmışdı.

Təhlilçilərin fikrincə, Şimali Koreyanın uğurlu nüvə hücumu həyata keçirə bilməsi mümkünlüyü sual olaraq qalır.

Denni Roy, Təhlilçi, Şərq-Qərb Mərkəzi: “Bu ilin əvvəlindən fərqli olan bir məqam var. Şimali Koreya sınaqları dayandırıb. Bu diqqətlə izlənilməli olan məsələdir. Sınaqları bərpa edəcəklərmi? Əgər sınaqlar bərpa edilsə, onda təəssüf ki, yenidən əvvəlki vəziyyətə geri dönmüş olacayıq.”

Şimali Koreyanın xəbərdarlıqlarına baxmayaraq, Cənubi Koreya və ABŞ bu ilin yazında birgə hərbi təlimlər keçirməyi planlaşdırırlar.

XS
SM
MD
LG