Accessibility links

ABŞ prezidenti silahlara nəzarətlə bağlı baxışlarını açıqlayıb


ABŞ prezidenti silahlara nəzarətlə bağlı baxışlarını açıqlayıb. Donald Tramp deyib ki, təlimlərdən keçmiş müəllimlərin 20-40 faizinin gizli silah daşımasına icazə verilməlidir.

"Bu insanlar həqiqətən bunu istəyənlər olmalıdır. Faiz az olsa da, bunlar çox adam ola bilər. Bunu həyata keçirsək, bu dəhşətli hadisələr dərhal dayandırılacaq" - deyə, ABŞ dövlət başçısı Amerikanın Səsinin sualını cavablandırıb.

55 dəqiqə sürən Ağ Ev brifinqi zamanı prezident deyib ki, təlimdən keçmiş müəllimlər pis niyyətlə məktəblərə girənləri atəşlə susdura bilər. O, bunun təhlükəsizlik işçilərinə ödənilən vəsaitdən daha az pul tələb etdiyini də vurğulayıb.

Daha artıq insan ölümünə səbəb olan odlu silahların yasaqlanması və silah əldə etmək istəyənlərin keçmişinin araşdırılması tələblərinin artdığı bir vaxt ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə "dinləmə sessiyası" keçirib. Tədbirə tələbə və şagirdlər, valideynlər və müəllimlər qatılıb.

Tramp dünən hücumu "dəhşətli qırğın" adlandıraraq, Twitter hesabında respublikaçılar və demokratların silah əldə etmək istəyənlərin keçmişinin araşdırılması məsələsi üzərində çalışmalarının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG