Accessibility links

Tramp silah alınması zamanı yoxlamaların təkmilləşdirilməsini dəstəkləyib


ABŞ prezidenti Donald Tramp keçən həftə Florida ştatında 17 nəfərin ölümülə nəticələnmiş qətliamdan sonra silah alan şəxslər haqda məlumatların yoxlanması üçün federal systemin təkmilləşdirilməsi səylərinə dəstək bildirib.

Ağ Evin sözçüsü Sara Hakabi Sandersin bildirdiyinə görə, Tramp keçən həftə Texas ştatından respublikaçı senator Con Korninlə onun Konnektikut ştatından demokrat senator Kris Mörfi ilə birgə təqdim etdiyi qanun layihəsini müzakirə edib. Uzun zamandır silah əleyhdarı kimi tanınan senator Mörfi ilə təqdim edilmiş layihəyə düzəlişlərlə bağlı müzakirələr davam edir.

Qanun layihəsi ilə silah alınmasına məhdudiyyətlərin qoyulması nəzərdə tutulmur. Bunun əsas məqsədi silah alması qadağan edilən əqli-psixoloji problemləri olan və əvvəllər məhkum olunmuş şəxslərlə bağlı məlumatların milli yoxlama sisteminə daxil edilməsini təmin etməkdən ibarətdir. Bundan əvvəlki illər ABŞ rəsmiləri kütləvi qətliam törədən şəxslərin əqli problemləri olduğu, ya da məhkum olunduqları üçün silah ala bilmələrinə icazə olmadığını və bu informasiyanın milli məlumat bazasına ötürülmədiyini yalnız hadisə baş verdikdən sonra aşkar etmişdi.

Florida məktəbində 17 nəfərin ölümülə nəticələnmiş qətiamı törətdiyini etiraf etmiş Nikolas Kruz məhkəmədə
Florida məktəbində 17 nəfərin ölümülə nəticələnmiş qətiamı törətdiyini etiraf etmiş Nikolas Kruz məhkəmədə

Birləşmiş Ştatlarda silah mülkiyət hüquqlarının əsas lobbiçisi olan Milli Silah Assosiasiyası silah alınması zamanı nəzarətin gücləndirilməsi ilə bağlı əvvəlki təkliflərdən fərqli olaraq, yoxlamaların təkmilləşdirilməsini dəstəkləyir.

19 yaşlı Nikolas Kruz Florida ştatının Parkland şəhərindəki məktəbdə 17 nəfəri qətlə yetirdiyini etiraf edib. Məktəbdən nizam-intizamla əlaqədar xaric edilmiş Kruz onunla bağlı məlumatların yoxlanılmasından sonra AR-15 tipli Avtomat silah ala bilmişdi.

Kruzun davranışı ilə bağlı ciddi bir məqam diqqətdən kənar qalmışdı. Federal Təhqiqat Bürosu yanvarın 5-də Kruza yaxın olan bir nəfərin onun haqda “insanları öldürmək istəyi, qeyri-sabit davranışı, sosial mediada həyəcan doğuran şərhləri, eləcə də məktəbdə atışma törədə biləcəyi” kimi verdyi informasiya ilə bağlı heç bir tədbir görmədiyini etiraf edib.

Kornin-Mörfi qanun layihəsi həm demokratlar, həm də respublikaçıların dəstəyini qazanıb. Bununla belə, silahlarla bağlı qanun layihələrinin qəbul edilməsi prosesi çox vaxt siyasi baxımdan bölünmüş Konqresdə kecikdirilir.

Keçən həftə Floridada hadisənin baş verdiyi məktəbin şagirdləri paytaxt Vaşinqton və ABŞ-ın digər şəhərlərində yürüş keçirməyi planlaşdırır. Onlar qanunvericiləri məktəblərdə gələcəkdə belə hadisələrin qarşısının alınması üçün ciddi addımlar atmağa çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG