Accessibility links

Tramp: Siyasi baza daha böyük və daha möhkəmdir


ABŞ prezidenti Donald Tramp rəy sorğular bunun əksini göstərsə də, onun respubikaçılar arasında siyasi bazasının “həmişə olduğundan daha böyük və daha möhkəm” doluğunu bildirib.

Nyu Cersi ştatındakı Bedminster qolf istirahət güşəsindən məzuniyyət zamanı Tvitter səhifəsində yazdığı mesajlarında Tramp rəy sorğularını “saxta xəbərlərin məhsulu” adlandırıb.

O, keçən il seçki zamanı qələbə çaldığı bir neçə ştatda keçirdiyi siyasi mitinqlərin ona dəstəyin davam etdiyini göstərdiyini bildirib. Tramp əlavə edib ki, bir sıra faktorlar onun “bazasının daha da möhkəmləndiyinə” işarə edir və bu, “heç vaxt dəyişməyəcək”.

Ölkə üzrə keçirilmiş son rəy sorğularında amerikalı seçicilərin yalnız üçdə bir hissəsinin Trampın hakimiyyətdə olduğu altı ay ərzində onun fəaliyyətindən razı qaldığını və ona səs vermiş seçicilər arasında dəstəyin azaldığını göstərir.

Lakin Tramp fond birjalarında yüksəliş sərhəd təhlükəsizliyinin gücləndirilməsi, iş yerlərinin artması, biznesin derequlyasiyası və Ali Məhkəməyə mühafizəkar hakimin seçilməsini onun uğuruna dəlalət etdiyini bildirib.

Prezidentin sözlərinə görə, başlıca kütləvi informasiya vasitələrinin “Rusiya ilə əlaqələrə dair saxta xəbərləri” işıqlandırmasına baxmayaraq, “Trampın bazasının daha güclü olduğuna inanmaq çox çətindir!”

Vaşinqtonda Trampın kampaniya qərargahının üzvlərinin onun demokrat rəqibi Hillari Klinton üzərində qələbə çalmasına kömək məqsədilə Rusiya rəsmiləri ilə həqiqətən də əlaqələri olub-olmadığını müəyyənləşdirmək məqsədilə bir neçə təhqiqat aparılır.

Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş direktoru Robert Müller xüsusi təhqiqata rəhbərlik etmək üçün prokuror təyin edilib. Müller Trampın kampaniya üzvləri və Rusiya rəsmiləri arasında kontaktlara dair, eləcə də Trampın Müllerdən öncə Rusiyaya dair təhqiqata rəhbərlik edən FBI-ın daha bir keçmiş direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdırmaqla ədalətin qarşısını alıb-almadığı ilə bağlı ifadələri dinləmək üçün böyük münsiflər məhkəməsinin iclasını çağırıb.

XS
SM
MD
LG