Accessibility links

Tramp: ABŞ məktəbləri "radikal solçuluğun" təlqinindən qorunmalıdır


Tramp: ABŞ məktəbləri "radikal solçuluğun" təlqinindən qorunmalıdır
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Tramp: ABŞ məktəbləri "radikal solçuluğun" təlqinindən qorunmalıdır

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda ABŞ məktəblərində “vətənpərvərlik təhsili” nin təşviqat planlarını açıqlayaraq, uşaqları Amerikanı “irqçi millət” adlandıran “radikal solçuların” təlqinindən qorumaq istədiyini bildirib. Trampın bu addımı hər iki namizədin noyabr seçkiləri ərəfəsində irqi ədalət mübahisələrindəki fərqli fikirlərini əks etdirir.

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Amerikada baş verən sosial qarışıqlıq sinif otaqlarında da izlənilə bilər.

"Solçu iğtişaş və qarışıqlıq məktəblərimizdə on illərdir davam edən solçu təlqinlərin birbaşa nəticəsidir" , Tramp deyib.

Tramp bunları tarix dərslərində sistematik irqçilik və ölkənin erkən çağlarında kölə əməyinə etibar etməsi ilə bağlı tələblərə cavab olaraq deyib.

Prezident məktəbləri özlələrinin tarixindən utandırmaq üçün Amerikanın irqçi bir ölkə kimi təlqin edilməsini uşaqlara qəddər münasibət forması adlandırıb.

"Hər bir problemə irqçilik prizmasından baxılması ilə onlar irqçiliyin yeni formasını yaratmağa çalışır. Biz buna yol verməməliyik." - deyə, Tramp əlavə edib.

ABŞ-da hər bir ştatın məktəb proqramı əsasında könüllü tarix tədrisinə dair milli prinsipin mövcudluğuna baxmayaraq, Tramp məktəblərdə vətənpərvərlik tərbiyəsi adlandırdığı planının tətbiqinə çalışır.

"Kiminsə vətənpərvərlik öyrədə biləcəyini düşünmək gülməlidir"

Riç Milner Vanderbilt Universitetində irqi ədalət üzrə dərslər verir.

O, məktəblərin tədris proqramlarına köləlik və mülki hüquqlar tarixi ilə yanaşı, irqçiliyin bu gün Amerika cəmiyyətinə necə təsir göstərdiyi barədə müzakirələrin də daxil edilməli olduğuna inanır.

“Tədris planlarımız olmalıdır və ya həqiqəti göstərən tədris imkanlarımız olmalıdır. Məsələ bundadır ki, bu ölkədə irqçiliyi aradan qaldırmaq üçün çox işimiz var ”, Milner deyib.

Ölkə daxilində irqi ədalətsizliklə bağlı davam edən etirazlar noyabr seçkilərininin əsas mövzusudur.

Tramp Qaraların həyatı mühümdür hərəkatını "nifrət simvolu" adlandıraraq, ölkədə sistematik irqçiliyin mövcud olduğunu inkar edir.

Prezidentliyə demokrat namizəd Co Bayden isə tamamilə fərqli bir fikirdədir.

"Bu ölkənin əsl günahı bu gün də millətimizi ləkələyir və bəzən bunu görməməzlikdən gələ bilərik. Gündəlik həyatımızda minlərlə başqa işlərlə irəliləyirik. Ancaq bu, həmişə mövcud olub."

Amerika məktəblərində "vətənpərvərliyi" bərpa etmək üçün Tramp "1776 Komissiyası" yaratmaq istəyir ...

…. Amerika müstəmləkələrinin İngiltərədən müstəqilliyini elan etdikləri ili xatırladaraq.

Tramp The New York Times qəzetinin Pulitzer mükafatına layiq görülən "1619 Layihəsi" nin məktəblərdə tədrisini tənqid edib. Bu layihədə ilk Afrika kölələrinin Amerikaya gətirilməsinin ölkə tarixinə təsirlərindən bəhs edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG