Accessibility links

Tramp soyadına görə təhqir edilən 11 yaşlı adaşını Konqresə dəvət edib


Coşua Tramp
Coşua Tramp

ABŞ prezidenti Donald Tramp Konqresin birgə iclasında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsini edən zaman onun adaşı olan Coşua Tramp da prezidentin qonaqları arasında olacaq. 11 yaşlı məktəbli elm, tarix və heyvanat aləmi ilə maraqlanır.

Coşua Trampın prezident Donald Trampla heç bir qohumluq əlaqəsi yoxdur. O, Delaver ştatının Uilminqton şəhər məktəbinin altıncı sinfində oxuyur. Lakin Ağ Evin açıqladığı bəyanata görə, Coşua Tramp soyadına görə məktəbdə təhqirlərə məruz qalıb.

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın prezidentin illik hesabat məruzəsini dinləmək üçün Konqresə dəvət etdiyi qonaqlar
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın prezidentin illik hesabat məruzəsini dinləmək üçün Konqresə dəvət etdiyi qonaqlar

“O, elm, tarix və heyvanat aləmi ilə maraqlanır”, -deyə Ağ Evin bəyanatında bildirilir.

“Lakin təəssüf ki, Coşua Tramp soyadına görə məktəbdə təhqirlərə məruz alıb. O, birinci xanım və Tramp ailəsinə ona dəstək verdiklərinə görə minnətdardır”, bəyanatda deyilir.

Təəssüf ki, Coşua Tramp soyadına görə məktəbdə təhqirlərə məruz alıb. O, birinci xanım və Tramp ailəsinə ona dəstək verdiklərinə görə minnətdardır.
Ağ Ev

ABŞ prezidenti, birinci xanım və Konqresin bütün 535 üzvü prezidentin Konqresin birgə iclasında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsini dinləmək üçün Konqresə öz qonaqlarını dəvət edə bilərlər. Prezident məruzəsində öz nailiyyətləri və məqsədləri haqda danışır.

Prezident Tramp illik hesabat məruzəsini dinləmək üçün Konqresə Holokost soyqırımında və Pittsburq şəhərində sinaqoqa 11 nəfərin öldürüldüyü hücum zamanı xilas olan Cudi Sameti dəvət edib. Pittsbirq şəhərinin polis şöbəsinin əməkdaşı Timoti Matson da dəvət olunanlar arasındadır. Prezident Tramp bundan başqa Konqresə daha bir neçə qonaq dəvət edib.

ABŞ prezidentinin illik hesabat məruzəsi Amerikanın siyasi təqvimində mühüm hadisələrdən biridir.

XS
SM
MD
LG