Çərşənbə günü Kapitoliya hücumla bağlı istintaq çərçivəsində federal ittihamçılar tərəfindən ittiham irəli sürülən insanlar arasında ABŞ Kapitolisinə zorla daxil olduğu anları videoya çəkən Tramp tərəfdarı ştat qanunvericisi və Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ofisində oturduğu yerdə şəkli çəkilən arkanzaslı kişi də var.
Vest Virciniya Nümayəndələr Palatasının Respublikaçı üzvü Derrik Evans Kapitolidə girişə icazə verilməyən əraziyə daxil olmaqda ittiham olunub. Evans Facebook-da canlı olaraq özünün bir qrup insanla birlikdə zorala binaya daxil olduğunu göstərən video yayımlayıb və “biz girdik” deyib. Bundan öncə isə Evansa Facebook-da yerləşdirdiyi videoda onların binaya zorla daxil olacağına dair xəbərdarlıq etmişdi. İndi həmin video artıq silinib.
Vest Virciniya qanunvericisinin çaxnaşmada iştirakı onun istefasına dair çağırışlara və ştat qubernatorunun tənqidinə səbəb olub.
Evans şərh çağırışına dərhal cavab verməyib. Lakin onun vəkili Con Brayan cümə axşamı CNN-ə açıqlamasında “cənab Evansın başqalarını təqib edərək Kapitolinin ictimaiyyətə açıq ərazisinə, insanların artıq daxil olduğu əraziyə daxil olmasına icazəsinin olmadığı aydın deyildi.”
Arkanzas sakini Riçard Barnetin, Pelosinin ofisində gülərək oturduğu şəkli çaxnaşmanın ikonik simvoluna çevrilib.
60 yaşlı Barnet cümə günü Arkanzasın Litl Rok şəhərində həbs olunub və spikerin ofisinə daxil olmaqda ittiham olunub. Federal rəsmilərinin dediyinə görə, orada o, Konqres üzvünə ünvanlanan rəsmi zərfi alıb və üzərinə “nalayiq qeyd” yazıb. Barnet bir il həbs cəzası ilə üzləşir, hazırda Arkanzasda saxlanılır və yaxında Vaşinqtonda ekstradisiya olunacaq.
Barnet cümə axşamı Arkanzasda yerli televiziyaya ayaqyolu axtardığı zaman spikerin otağının yanından keçdiyini bildirib. O, Pelosinin masasındakı zərfə qanı dəydiyi üçün onu özü ilə götürüb və kompensasiya məqsədilə masaya 25 sent qoyub.
Kapitoliya hücumla əlaqədar olaraq federal məhkəmə bu iki insan daxil olmaqla 13 nəfər ittiham irəli sürüb. İttihamlar cümə günü hazırlanıb və cümə günü açıqlanıb. Bundan əlavə təxminən 40 nəfərə qarşı Vaşinqtonun yuxarı instansiyalı məhkəməsində ittiham irəli sürülüb.